SON DƏQİQƏ:

Bəşəriyyətin insanlıq imtahanı: Ötən əsrin dörd ən qorxunc pandemiyası

  63096   |  
Şriftin ölçüsü  

Bu gün Azərbaycan tarixində ən çətin dönəmlərindən biridi. Təcavüzkar Ermənistanın və onların havadarların əməlləri nəticəsində 28 ildir doğma yurd yerlərimizi əsarətdə saxlayıb. Və bu çətin dönəmimizdə hər zaman Pakistan dövləti yanımızda olub, bizə dəktək verib, haqq işimizi müdafiə edib. Onu da qeyd edim ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.Ona görə də bir çox insanlar Azərbaycan-Pakistan tərəfdaşlığının 1991-ci ildən sonra, yəni müstəqillik dövründə formalaşdığını düşünür.

Qardaş ölkə ilə bu əlaqələrin əsasının qoyulması Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır.Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi tarixi yardım iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb.Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılıb.İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyiışirdi.Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir.Bununla da pandemiyanın qarşısı alınır.Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər.

Beləliklə, Pakistanda 1940-ci illərdən buyanadoğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır.Ona görə də bu gün də 200 milyonluq Pakistan xalqı və dövləti Hacı Zeynalabdin Tagıyevin ruhuna hörmətlə yanaşırlar.

Adalet.az xəbər verir ki, Pakistan indiyə qədər Ermənistanı suveren dövlət kimi tanımır və Dağlıq Qarabağ probleminə münasibətdə Azərbaycanı dəstəkləyir.



Pandemiya- insanlığın imtahanıdır

Rus Qripi- 1889-1890-cu illərdə Rusiyada yayılmış və təqribən 1 000 000 insanın ölümünə səbəb olub

Birinci Dünya Müharibəsi zamanı tif xəstəliyi-1914-1918-ci illər arasında Tif bakteriyasını daşıyan bitlərin yaratdığı epidemiya müharibə nəticəsində ortaya çıxan bir fenomen idi. Bu epidemiaydan Avropa və Asiyada 25 milyon insan xəstələnib və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan ölüb. Qərb ölkələri epidemiyaya nəyin səbəb olduğunu daha tez başa düşdülər və bitlərdən xilas olmaq üçün tədbirlər görüldü.

1918 İspan Qripi pandemiyası- Birinci Dünya Müharibəsindən sonrakı illərdə 500 milyon insan tərəfindən yoluxmuş H1N1 qrip virusu dünyada yüksək atəş ilə 50-100 milyon sağlam insanın ölümünə səbəb olub. (Müasir dövrün Donuz Qripi epidemiyası) Bu virusu digərlərindən fərqləndirən şey, hücum etdiyi bədənin immunitet sistemi nə qədər güclü olsa, qızdırma bir o qədər yüksək olardı. İspan qripi bəşəriyyətin ən böyük fəlakətlərindən biri olaraq tarixə keçib.

1957-ci il Asiya qripi pandemiyası- Çində başlayan qrip-A virusunun, ördəklərdə mutasiya edən və insana keçən bir xəstəlik olduğu düşünülür. Asiya qripi adlanan xəstəlik təxminən 4 milyon insanın həyatına son qoyub. Eyni vaksinlə epidemiyanın qarşısı alınıb. Bir ildə 40 milyon insan peyvənd edilib. Asiya qripi kütləvi peyvəndin əhəmiyyətini və təsirini göstərən ən vacib nümunələrdən birinə çevrilib.

Donuz qripi- 1957-1958-ci illərdə təxminən 2 milyon insanın ölümünə səbəb oldu, 1889-1890 və 1968-1969 illərdə isə Rusiya və Honkonqda 1 milyon adam öldü. 2009-cu ildə isə "donuz qripi” pandemiyası təxminən 284,500 nəfərin ölümünə səbəb oldu.



HİV (QİÇS) virusu- 20-ci əsrin ortalarında meymunlardan insanlara keçdiyi aşkarlanan HİV virusu 1959-cu ildə Konqoda görülüb.

Ancaq onun diaqnozu və adı yalnız 1980-ci illərdə verilib. Son 30 ildə 36 milyon insanın həyatına son verən virusun müalicəsi üçün hələ də bir həll yolu tapılmayıb. Xəstəlikdən qorunmaq üçün yalnız ehtiyat tədbirləri görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır.

"Covid-19”dan əvvəlki epidemiya Ebola-2013-2016 illər arasında Qərbi Afrikada baş verən Ebola xəstəliyi 11300-dən çox insanın ölümünə səbəb olub. Qərbi Afrika Ebola xəstəliyi Qvineyada 2013-cü ilin dekabr ayında başlamış, bütün Qərbi Afrika ölkələrində yayılmışdı. 2016-cı ilin iyununda başa çatan epidemiya, yoluxmuş insanların sayı və ölüm sayına görə tarixə ən ölümcül Ebola epidemiyası kimi daxil oldu.

Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK