SON DƏQİQƏ:

Yenə də kimlərinsə adı manşet olacaq... - Əzizə İsmayılova yazır

  48611   |  
Şriftin ölçüsü  

Bütün günü müşahidə etdim. Respublikanın qət təzə "əməkdar jurnalist"ləri bu gün bircə kəlmə "axı ölən bizim həmkarımızdır. Onun ölüm xəbərini niyə sildirdiniz? sualını verməyə özlərində güc tapmadılar...

Hətta yazılan statusları belə görməzdən gəldilər. Sanki "dünən ad almışam, bu gün nəyimə lazımdır kim hara nə yazır, kim hardan nə silir"- oxudum bu səssizlikdən.

Bilirsiniz, məsələ xəbərin silinib-silinməməsində deyil. O xəbər heç yazılmasaydı da dəyişən heç nə olmayacaqdı. İllərlə mətbuatda olsa da nə ali adı, nə tapışırılacaq deputat tanışı yox idisə, belə olacağında təəccüblü də nəsə yoxdur..

Çünki bu günə kimi "filankəs müəllim ölümlə pəncələşir, xəstəxanalarda yer, lazımi dərmanlar yoxdur" çağırışlarına verilən meydan, sonda "Sağ olsun filankəs xanım, yaxud da filankəs bəy, bir telefon zəngi ilə həll elədi. Yer də tapıldı, dərman da. Dünən "üzünə baxmır" dediyi həkimlər də indi onu az qala əllərinin içində saxlayırlar ki, üzünə toz qonmasın" kimi təşəkkür mətnləri ilə doldu, daşdı. O məllimlərin tapşırdığı hər kəsə Əzrayıl da bir can bağışladı... Ölümün ağzından çəkib çıxartdılar...

Amma.... amma

Bircə dəfə əks tərəfə, heç olmasa, dostyana deyən olmadı ki, (deyən olsaydı görərdik. Bəlkə mənə rast gəlmədi, yazın bilim) "Məllim, sizə xoş gəlsin deyə, biz bunu belə yazsaq, yaxud da pozsaq, birinci elə insanların sizə olan etibarını zərbə altda qoymuş olacağıq. Bir əməkdar jurnalist kimi sizi əmin edirəm ki, bunu oxuyan oxucumun verəcəyi "əgər yer və dərman həqiqətən yoxdursa, o zaman filankəs xanımın behmənkəs bəyə bir zəngi ilə necə yoxdan var yarandı, hardan çıxdı olmayan yer, tapılmayan dərman? Necə oldu dünənə kimi hamının narazı olduğu həkim birdən qəhrəmana çevrildi? - sualları birbaşa sizə olan etimadın itməsinə xidmət edəcək, müəllim. Bəlkə belə yazmayaq? ...

Belə çətin və əsəblərin tarım vaxtında onsuz da əlini hər şeydən üzən sadə vətəndaşı bir də "bəs filankəs müəllimlərə çıxışı olmayan yoluxanlar neynəməlidir? - sualı ilə başbaşa qoymayaq, yazıqdılar...

Etimad göstərdiyiniz, layiq bildiyiniz Əməkdar jurnalist kimi, hər cür mükafata, layiq gördüyünüz jurnalist kimi sidq ürəkdən deyirəm, inanın mənə. Gəlin, bunu belə yazmayaq... ya da yazılanı bu şəkildə pozmayaq... Gəlin, zədələməyək etimadınızı... - Kimsə dedimi bunu? Eşitdirmək istədimi müəllimlərə?

Sual edəcəksiz ki, niyə bunu orden-medallı, əməkdarlar etməlidir?

Cavab sadədir. Axı siz məhz o müəllimlər üçün seçilənlərsiniz, fərqlisiniz, daha üstünsünüz. Sizin sözünüz daha aydın eşidilməlidir. Axı sizə hamıdan çox inanırlar...

... və ölən həm də sizin həmkarınızdır. Məsələ isə olduqca bəsitdir. Ömrünü yarı yolda qoyan həmkarınızın ölüm xəbərinin yazılması və heç bir səbəb, əsas göstərilmədən silinməsinin səbəbini soruşmaq, aydınlaşdırmaq...

Hanı sizin mövqeyiniz?

Bəli, məsələ, ömrünün neçəsə ilini jurnalistikaya həsr edib koronadan ölən bir həmkarın ölüm xəbərini əvvəl manşet kimi verib, sonra silməkdə deyil. Yazılmasaydı da, silinməsəydi də reallıq dəyişməyəcəkdi - O, artıq yoxdur, bir də olmayacaq..

Məsələ ondadır ki, bir gün biz hamımız öləcəyik, əməkdarımız da, orden-medallımız da, it kimi işləyib qapı ağzında canı çıxanımız da...

Öləcəyik...

Yenə də kimlərinsə adı manşet olacaq...

Niyə yazdım ki bunu?

Bu qədər urvatsızlığı təkbaşına həzm edə bilmədim, gördüm deməsəm olmaz... Fikirlərim çox qarışıqdır, bilmirəm aydın yaza bildim ya yox.. Hər halda çalışdım...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK