SON DƏQİQƏ:

Aidiyyatı qurumlar, nəzarəti əlinizdən vermiş kimi görünürsünüz... - Əzizə İsmayılova yazır

  53638   |  
Şriftin ölçüsü  

Gecədən bütün sosial şəbəkılərdəki müşahidələrimə əsasən hesab edirəm bunu deməsəm olmaz.

Sosial şəbəkələrdəki videolara əsasən deyim ki, Rusiyada vəziyyət daha çox məcrasından çıxmaq üzrədir. Səbəb anlaşılandır..

Sosial şəbəkələrdə "səni vuranı, sən də vur, qanını tök. Çox olsa, Azərbaycana deport olunacaqsız. Tutulsaz, cəriməniz bizlikdir" filan kimi çağırışlar, bəzi şou ulduzların indi də camaatı erməninin etdiyinin iki qat artığını onlara qarşı tətbiq etməyə çağırışı, gözü qanlı kütləyə "qaz verməsi" çox qorxulu nəticələr ortaya qoyacaq...

Adını vətənpərvərlik qoyub, "onlar belə video çəkibsə, biz daha qorxulusunu çəkək" düşüncəsi ilə, kor-koranə ona buna saldırmaq, təxribata uymaq, başqa ölkənin ərazisində küçə döyüşləri ilə ərazi davası aparmaq bizə xeyir verməyəcək. Hesabı bərabərləşdirmək, onların xeyrinə olacaq.

Hansı ölkə ərazisində olmasından asılı olmayaraq, əgər hələki camaat belə boş buraxılırsa, bu, ağlımıza gəlməyən böyük bir təxribat planına alət olmamıza səbəb ola bilər. Onlara lazım olan "səhnə" yaranan kimi anındaca məsələyə müdaxilə edəcəklər. Yuxarılar maraqlı olmasa, kimsə rahat nəfəs ala bilməz, o ki qala nizamsız küçə "razborkaları" apara, millətçilik davası döyə...


Nə olar, təxribata səsləməyin insanları. Əsəbi beyinlə, kor-koranə küçə hücumları ilə digər vətəndaşlarımızın həyatını təhlükəyə ata bilərik. İnsanları maksimum səbr və təmkin göstərməyə çağlrmaq, səfirlik, konsulluq və XİN-dən lazımi addımlar atmağı tələb etmək lazımdır.

Onlar 10 nəfər köpək sürüsü kimi hücum edib bizim vətəndaşın qanını tökdü, biz də eyni hərəkəti təkrarlamaqla onların qarmağına balıq vermiş olacağıq...

Kriminallıqla heç nə əldə etmək olmaz. Onların vəhşiliyini dünyaya nümayiş etdirmək üçün özümüzdə güc tapıb təmkinimizi pozmamalıyıq...

Aidiyyatı qurumlar, nəzarəti əlinizdən vermiş kimi görünürsünüz... Hadisələrə reaksiyalarınız çox gecikir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK