SON DƏQİQƏ:

  Ürək dərmanı: Əriyin faydaları və zərərləri

  176593   |  
Şriftin ölçüsü  

Artıq bağlarda-bağçalarda meyvələrin müxtəlif çeşidləri dəyib. Gilənar, alça, gilas, çiyələk, ərik və sair meyvələr artıq bazarlarda necə deyərlər, "ayaq tutub yeriyir”. Adıgedən meyvələrin hər biri haqqında geniş yazı yazaraq onların faydalarını-zərərlərini sizə çatdırmağa çalışdıq.

Bu gün isə ərikdən danışacağıq. Çinli alimlər elmi araşdırmalardan sonra sübut ediblər ki, bütün meyvələr arasında ərik insan ürəyi üçün ən faydalı meyvədir. Tərkibinin kaliumla zəngin olmasına görə bu meyvə ürək-damar sistemini normal tonusda saxlayır və bir çox xəstəliklərin yaranmasına qarşı mübarizə aparır. Ərik (Armeniaca Scop.) cinsi başlıca olaraq Şərqi, Mərkəzi, Orta və Kiçik Asiyada, həmçinin Qafqazda yayılmış 8 növü birləşdirir. Bu növlərdən yalnız biri-adi ərik mədəni halda becərilir.

Adi ərik (Arvulqaris Lam.) yabanı halda Orta Asiya və Çində yayılmışdır. Adi ərik çox qədimdən meyvə bitkisi kimi becərilir. Hələ eramızdan 4 min il əvvəl ərik Çində mədəni halda becərilirmiş, sonralar "İpək yolu” vasitəsilə Ön Asiyaya (İran, Güney Qafqaz, Kiçik Asiya) yayılmışdır.

Maraqlı və eyni zamanda gülməli bir bir faktı nəzərinizə catdırmadan kecmək olmaz. Ərik də erməni təcavüzünün qurbanı olub;.

Erməni tarixçiləri tarixi faktları saxtalaşdırmaqla əriyin latın adının (Armeniaca) Ermənistanla bağlılığını sübut etməyə çalışırlar. T.Talıbov və S.Babayevanın (1997) dünya tarixçilərinə istinadən göstərdiyi kimi, "Armannu” toponimi Suriya ərazisindədir və bu toponim hələ e.ə. III minillikdə Elba yazılarında xatırladılmışdır. Həmin dövrdə bütövlükdə Suriya ərazisində nəinki erməni, hətta heç bir Hind-Avropa mənşəli tayfa olmamışdır. Akkadca «ərih» mənasında "armannu” sözü işlədilərkən, ermənilər (haylar) hələ indiki Ermənistan ərazisinə gəlməmişdilər.

Azərbaycan dilində "ərik” türk mənşəli orta Asiya xalqlarında olan «uryuq» sözünün az fərqli təkrarıdır. Sortları:. Əriyin dünya miqyasında 2000-dən artıq sortu vardır. Dünyada ərik istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və iqtisadi cəhətdən əhəmiyyətli sortlar: Qiant, Daqen, Violet, Verte, Karagöynük, Stanley, President, Suqar, Firenze-90 avropa qrupu ərik sortları və yapon qrupu sortlarından isə Santa Roza, Laroda, Formoza, Red Hart, Klimaks, Angelona, Friyar-dır.

 

Respublikamızda əsasən Şalax, Badam ərik, Qırmızı yanaq, Əbu Talibi, Ağ Təbərzə, Haqverdi sortları becərilir.

Azərbaycan müəllifi Hacı Sülеyman İrəvani (XVIII əsr) yazır ki, qurumuş ərik (kuraqa) yüksək qızdırmada və üşütmədə kömək еdir (40), İbn Sina isə qеyd еdir ki, ərik tumlarının yağı babasilə qarşı xеyirlidir (2, s. 419). Məhəmməd Hüsеyn xan (XVIII əsr) yazır: "Ərik kampotu (xüsusilə kəmşirin tamlı) ödqovucu təsirə malikdir və həzmi yaxşılaşdırır… Əgər həddindən artıq yеyilərsə, o mədədə yеlə və turş gəyirməyə səbəb olur

 

Əriyin faydaları

 

Ərik kalium elementi ilə zəngindir. Kalium isə ürəyimizin ən sevimli mikroelementidir.

Bu səbəbdən ürəyin fəaliyyətində pozulmaları olan insanlar bu meyvəni hər gün yeməlidir: yayda - təzə ərik, qışda isə - ərik qurusu. Yeri gəlmişkən, ərik qurusunun tərkibində kalium daha çox miqdardadır. Lakin nəzərə alın ki, ərik qurusu şəkərlə də zəngindir.

Kalium elementi hipertoniyadan əziyyət çəkən insanlar üçün çox xeyirlidir.Kalium orqanizmi artıq mayedən azad edir ki, bunun nəticəsində ürəyin və böyrəklərin fəaliyyəti yaxşılaşır.

Kaliumla yanaşı ərik maqnezium və fosforla zəngindir. Bu elementlər beyində gedən mübadilə prosesləri, yaddaşı və diqqəti yaxşılaşdırır.

 

Ərik yod və dəmirlə də zəngindir. Yod qalxanvari vəzi xəstəliklərinin profilaktikasıdır, insanın intellektini yaxşılaşdırır. Dəmir isə anemiyadan əziyyət çəkən insanlar üçün çox xeyirlidir.

Ərik pektinlə də zəngindir. Bu xeyirli birləşmə orqanizmi ziyanlı maddələrdən (şlaklar, toksinlər, azad radikallar) təmizləyir.

Ərik A vitamini ilə zəngindir. Bu vitamin immuniteti və görməni yaxşılaşdırır. Elmdə sübut olunub ki, əriyin müntəzəm qəbulu insan orqanizmini xərçəng şişlərdən qoruyur.

Ərik uşaqlar üçün çox xeyirlidir. Əriyin tərkibində olan xeyirli maddələr uşaqlarda boyatma prosesləri stimullaşdırır.

Ərik qəbizlikdən əziyyət çəkən insanlar üçün də çox xeyirlidir. Qəbizliklə mübarizədə həm təzə, həm də quru ərikdən istifadə etmək olar.

Kosmetologiyada da ərikdən çox geniş istifadə olunur. Əriyin dəriyə olan cavanlaşdırıcı təsiri çoxdan sübut olunub.Əriyin əsasında kosmetik kremlər və maskalar istehsal olunur. Əriyin tumları bir çox skrablara daxildir.

Ev şəraitində ərikdən çox təsirli cavanlaşdıran maskalar hazırlamaq olar. Bunun üçün bir neçə dəymiş ərik 1 çay qaşığı qaymaqla qarışdırılır və dəriyə çəkilir. 20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.

Sonda: Ərik deyib Ordubad deməsək, bu olar böyük günah!

Əntiqə Rəşid

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK