SON DƏQİQƏ:

Nicat NOVRUZOĞLU: Deputatlığın kölgəsində urvatsızlaşan bələdiyyə

  79163   |  
Şriftin ölçüsü  

Seçkilər ərəfəsindəyik. Donuz ilinin son ayının 23-də bələdiyyələrimizi seçəcəyik. Siçan ilinin əvvəlində isə deputatlarımızı. Necə deyərlər, seçki seçkiyə qarışıb. Biri növbəsində, biri isə növbədənkənar. Amma növbəsi kənar olsa da, ili yenə də siçandı. Bizim üçün nə fərqi? Siçanın ya axırı oldu, ya da ki, əvvəli. Biz ki, deputat deyilik. Qoy deputatlar narahat olsunlar...

Qutular ağzını açıb dayanıb. Gözlər ona dikilib. O da, gözünü bülletenə. Qutu bizdən bülleten gözləyir. Bir işarə qoy, at qutuya. Fulfulo elə, görək kimin adı çıxacaq. Seçim sizindir! Qutudan seçiminiz çıxacaq. Çıxanlara kreslo! Biri bələdiyyədən, biri də Milli Məclisdən.

Kreslomda fırlandım.

Növbədə birinci bələdiyyədir. İlk onları seçəcəyik. Hesabla da ən çox haqqında danışılan, müzakirə edilən bələdiyyələr olmalı idi. Amma növbədənkənar Milli Məclisə seçkilər neçə gəldisə, bələdiyyə yaddan çıxdı. Necə deyərlər, növbədənkənar gəldi, növbəli qaç.

Hara qaçacaq ki...?!

Bələdiyyə düşdü deputatlığın kölgəsinə. Növbədənkənarın PR-ı bələdiyyələrin PR-nı üstələdi.

Bütün günü özlərini bələdiyyə seçkilərində görmək istəyənlərin rəngli şəkilləri sosial şəbəkələrdə, KİV-də itdi. Onların yerini deputatlığa namizədlər tutdu.

NİYƏ?

Biz niyə deputatlığa bir belə sevdalıyıq. Bələdiyyəyə nooluf ki?

Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. 20 ildi yaranıb bələdiyyə. Əvvəl yarananda 2700 bələdiyyəmiz var idi. Sonra kiçikləri bir- birinə calayıb 1607 bələdiyyə qayırmışıq. Bələdiyyəni də deputatlar kimi 5 ildən bir seçirik. Bələdiyyələrin fəaliyyətini tənzimləyən bir xeyli hüquqi bazamız var: "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında", Azərbaycan Respublikasının Torpaq, Su, Mülki, Seçki, Vergilər, İnzibati Xətalar məcəllələrinə bələdiyyələrlə bağlı müvafiq müddəalar və s.

Bələdiyyələr hüquqi şəxsdirlər, onların öz möhürü, ştampı və bankda hesabı olur.

Bələdiyyə öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.

Bələdiyyələr yerli əhalinin mənafeyi üçün qanunla müəyyənləşdirilmiş qaydada xarici iqtisadi fəaliyyətlə məşğul ola bilərlər.

Bələdiyyələr öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəçilərindən haqq (o cümlədən natura şəklində) alırlar. Bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə məqsədli büdcədənkənar fondlar yarada bilərlər.

Bələdiyyələr bələdiyyə lotereyaları buraxa bilər, kreditlər alıb-verə bilər, bələdiyyə bankları və digər maliyyə-kredit idarələri yarada bilərlər.

Sadaladıqlarım bələdiyyə üçün yaradılan imkanların bir qismidi. Və elə bu bir qism deməyə əsas verir ki, bələdiyyə olmaq heç də deputat olmaqdan asan bir şey deyil. Və heç də hörmətsiz, səlahiyyətsiz bir iş deyil.

Çox uzağa getməyək. Bir millətin digər dövlətində keçirilən bələdiyyə seçkilərində yaşanılanları yadınıza salın! Necə rəqabət, necə seçki, necə inam...

Hə, deyəcəksiz ki, onlar başqa biz başqa. Başqalıq yoxdu. Bir millətik. Biriksə, demək ki, biz də qadirik. Qadirliyinizə inanın.

Və bələdiyyə seçkilərini urvatdan salmayın.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK