SON DƏQİQƏ:

Repititor bayramı - Nicat Novruzoğlu yazır

  52298   |  
Şriftin ölçüsü  

Yeni dərs ili başladı. Sentyabrın 15-i bazara düşdüyündən davamçılarımız bir gün sonra sentyabrın 16-sı üz tutdular orta və ali məktəblərə. Sentyabrın 15-nin bazara düşməyi heç yaxşı olmadı. Bazar hara təhsil hara? Təhsilin ortası kulikumdur, alisi isə baloniya. Bazar nə bilir ki, kulikum nədir, baloniya nədir.

Amma neyləsək də təhsilə başlamaq üçün bazardan keçməliyik. Və keçdik də.

Qiymətlər bahadır. Həm də çox baha. Qiymətlər bizi təhsilsiz qoya bilməz. Qiymətləri təhsillənmək üçün tapdaladıq. Tapdaladıq ki, təhsilli olub özümüzü qiymətləndirək.

Yeni məktəb, yaraşıqlı müəllimlər, şagirdlər, tələbələr... Səslənən musiqi, sevincli valideynlər, gül bağlamaları... Ölümsüzləşdirirk.

Şou bitdi. Təhsilli günlər başladı.

Növbəti mərhələ. Uşağa müəllim tutmaq lazımdır. Uşaq oxuyur, amma çatdıra bilmir. Bunu müəllim deyir. Valideyin də təsdiqləyir. Və necədirsə hamının uşağı çatdıra bilmir. Və hamının uşağının çatdırmasından ötəri əlavə müəllim lazımdır.

Müəllim məktəbdə var. Dərs də keçir. Dövlətdən maaş da alır. Məvacibi qənaətbəxşdir. Amma əlavə müəllim də lazımdı. O uşaqlaraı daha da öyrədəcək. Əlavə müəllim də elə həmin müəllimdi. Hansı ki yuxarıda dediyini yazmışam. O, məktəbdən dərsini dediyi uşaqları təzədən evinə çağırıb dərs öyrədəcək. Niyə? Elə məktəbdə bütün bildiklərinə şagirdləri yiyələndirə bilməzsən?

Bu bir virusdur. Bütün insanlarımıza hansı yollasa keçib. Müəllim də, valideyin də bu virusa təslim olub. Repititor virusu.

Müəllimlər virus əleyhinə vaksinlərdən istifadə etmirlər. Heç onları məcbur edən də yoxdu. Onlar bu virusla yaşayırlar, həm də yaşayırlar.

Virusdan xilas yolu var. Virusdan qurtulmağın yolu vaksinləri müəllimlərə vurmaqdır. Onlar sağalmasa biz də sağalmarıq. Çünki valideyinlər bu virusa müəllimlərdən yoluxur.

Şagird bir az orda, bir az burda oxuyub girdi aliyə. Ora-bura pul tökən valideyini hamı təbrik edir. O da çəkdiklərini və xərclədiklərini düşünüb bir "nəhayət” ahı çəkir.

Ali pulludu. Pulsuszu da var. Əslində elə pulsuz olmalıdı. Amma pulsuz heç nəyin ləzzəti yoxdu. Pulsuz olanın qədrini bilmirik.

Təhsil haqqı haqqımızdırmı? Haqqın üzərində aparılan islahatlara 5. Çaşdım indi 5-i 10 əvəz edir. Sentyabrın 1-ni 15-i əvəz etdyi kimi. Elə ona görə də 10. 10-u dırnağa salıram-"10”. Bu il bu haqqı ödəyə bilməyən nə qədər orta məktəb məzunu tələbə statusundan imtina etdi? Məcburiyyət.

Pul təhsilin yox təhsil pulun qarşısını kəsməlidir. Təhsil ocaqlarının qapılarında dayanan qarovulçu kimi. Bizi ocaqdan qoruyur. Yanmayaq deyə. Yanmışın ocaqdan nə qorxusu.

Yeni repititor iliniz mübarək!



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK