SON DƏQİQƏ:

Nicat NOVRUZOĞLU: AXIR Kİ DEPUTATIN SÖZÜ EŞİDİLDİ

  43393   |  
Şriftin ölçüsü  

Deputatlar həm Milli Məclisdə bir çox problemlər qaldırırlar, həm bir çox problemlərlə bağlı mətbuatda çıxış edirlər, həm də bu problemlərin aradan qaldırılması ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldırırlar. Demək olar ki, hamısı da qalır kağız üzərində.

Nəhayət, dünən sevindirici bir xəbər aldıq. Hörmətli millət vəkili Rasim Musabəyov sosial şəbəkədə «Azneft» tərəfdə yeraltı keçiddə bir uşağın pop-korn satmasını qınamışdı: «Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi pop-korn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?» Cümlə bir az erməni budaq cümləsidi. Məsələn, «bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat xərcləndiyi pop-korn satıcısı…» Yəni, doğrudanmı dövlət bu pop-korn satıcısına bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitini xərcləyib? Və bu satıcı da bizi qonaqların qarşısında biabır edib. Nə isə, bunları boş verin.


Əsas məsələ odur ki, hörmətli millət vəkilinin sözünü dərhal əlaqədar təşkilatlar eşidib və «dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi pop-korn satıcısı»nı hop-stop götürüblər.

Kaş millət vəkillərinin səsini bax, beləcə, dərhal eşidəydilər. Sağ olun, Rasim müəllim, bizi qonaqların qarşısında biabır olmaqdan qurtardınız.

Bakı gözəl şəhər, mehriban diyar…



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK