adalet.az header logo
  • Bakı 7°C
01 Iyul 2020 12:15
11491
SAĞLAMLIQ
A- A+

Aydın Əliyev: "Əgər qərar verənlərin beyni, beyin kimi yox, pendir kimi fəaliyyət göstərirsə..."

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev:

1. Bütün dövlət xəstəxanalarındaCOVID-19 xəstəliyinə aid test müayinələri, KT və rentgen müayinələri pulsuz olmalı və özəl xəstıxanalarda bu müayinələrin münasib qiymətə-hamının maddi imkanı çatacaq qədər olması təmin edilməlidir! 100-150 manata test olar? Camaat 190 manat yardım alır, onun da 150 manatın müayinəyə necə versin? Hə?

2. Bütün qapalı yerlərin və ictimai nəqliyyatın girişində imkansız insanlara pulsuz, imkanlı insanlara isə pulla veriləcək maskalar qoyulmalıdır! Bizim xalqımız çox dəyərli xalqdır! Əminəm ki, imkanı olanlar imkanı olmayanlar üçün də maskaların pulun ödəyəcək!

3. Bütün qapalı və açıq yerlərdə insanların ailə üzvlərindən başqa və 2-3 nəfərdən artıq olmamaqla fiziki ara məsafəsi saxlamasına ciddi nəzarət edilməlidir! Karantin postlarında şəxsi avtomobilində tək hərəkət edilən insanlar ciddi yoxlanılır, halbuki, tək avtomobildə hərəkət edən insanlar təhlükəsizdir! Avtobuslara isə sən keç deyilir. İctimai nəqliyyatda və bütün qapalı məkanlarda maska geyilməsinə nəzarət çox zəifdir. Əslində əksinə olmalıdır!

4. Bütün digər karantin rejimləri ləğv edilməlidir, mütləq şəkildə! İnsanların rayonlara istirahət məkanlarına və dənizə getməsi, açıq təmiz havada, günəş altında olması mütləq şəkildə təmin edilməlidir! Əgər bu təmin edilməsə, biz payız-qış aylarına bu karantin rejimi ilə daxil olsaq hamımız qırılacağıq! Çünki immunitetimiz sıfra düşəcək. Broyler toyuqlarına dönürük!

5. Yuxarıda göstərilən təminat olandan sonra bütün qapalı məkanlarda maska geyinməyənlər , bütün qapalı və açıq yerlərdə ailə üzvlərindən və 2-3 nəfərdən başqa fiziki ara məsafəsi gözləməyənlər çox ciddi cəzalandırılarsa, bu problemin öhdəsindən tezliklə gəlmək olar.

Əgər qərar verənlərin beyni, beyin kimi yox, pendir kimi fəaliyyət göstərirsə, onda bizdəki kimi vəziyyət alınır. Ay qardaş, əgər verdiyiniz qərarlar effekt vermirsə, demək ki, düz qərar vermirsiniz də. Bunu başa düşmək bu qədər çətindir? Çəkilin qırağa qoy bacaranlar bu işlə məşğul olsunlar!".