Həmrəylik gününüz mübarək olsun!
Biz bir əlik,bir əldə beş barmağıq.
Bir-birinə həm köməyik,həm dağıq.
Vətən üçün işıq salan çırağıq.
Həmrəylik günümüz mübarək olsun !
******
Biz hər zaman həm qardaşıq,bacıyıq.
Biz birlikdə düşmənlərə acıyıq.
Vətən bizim,biz vətənin tacıyıq.
Həmrəylik günümüz mübarək olsun !
******
Harda olsaq biz köməyə gəlirik.
Bir deyirik,bir danışıb,gülürük.
Bu birliyi biz həmrəylik bilirik.
Həmrəylik günümüz mübarək olsun !
******
Qol çirməyib,birgə girdik meydana.
Bu birlikdən işıq düşdü cahana.
Az qaldı ki,düşmən alışa,yana.
Həmrəylik günümüz mübarək olsun !
******
Bu birliklə vətən dardan qurtardı.
Biz olmasaq,inan vətən batardı.
Yurdumuzda artıq indi bahardı.
Həmrəyik,günümüz mübarək olsun !
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47


Bakı -°C

