Macarıstan mediası Avropada enerji böhranı riskindən yazır
Macarıstanın Index.hu nəşri İran ətrafında gərginliyin Avropanın enerji bazarına mümkün təsirləri ilə bağlı məqalə yayımlayıb.
Adalet.az xəbər verir ki, yazıda əsas risk amili kimi Hörmüz boğazı göstərilir. Bildirilir ki, dünya üzrə neft və qaz tədarükünün təxminən 20 faizi bu marşrutdan keçir və onun bağlanması qlobal enerji təhlükəsizliyi üçün ciddi təhlükə yarada bilər.
Nəşr qeyd edir ki, Avropa bu vəziyyətdə xüsusilə həssasdır. Belə ki, idxal edilən neft məhsullarının 40 faizdən çoxu Körfəz regionunun payına düşür. Boğazın uzun müddət bağlı qalacağı halda alternativ tədarük imkanlarının məhdudluğu yanacaq qıtlığı riskini artırır.
Məqalədə vurğulanır ki, əvvəlki enerji böhranlarından fərqli olaraq, bu dəfə problem yalnız neftlə məhdudlaşmır — qaz və emal olunmuş enerji məhsulları da təsir altına düşür. Bu isə bazarlarda əlavə təzyiq yaradır və qiymət artımını sürətləndirir.
Artıq Avropanın bəzi ölkələrində bu təsirlər hiss olunmağa başlayıb. Yanacaq qiymətləri yüksəlir, hökumətlər isə təcili müdaxilə tədbirləri görür. Xüsusilə Macarıstanda benzinin qiymətinə dövlət nəzarəti tətbiq edilib.
Ekspertlər xəbərdarlıq edirlər ki, vəziyyətin daha da gərginləşməsi inflyasiyanın artmasına, sənaye xərclərinin yüksəlməsinə və iqtisadi artımın zəifləməsinə səbəb ola bilər. Onların fikrincə, mümkün böhranın təsirləri bir neçə il davam edə bilər.
Digər Xəbərlər
02 Aprel 2026 22:54
Tramp: İran razılaşma bağlamasa çox gec olacaq
02 Aprel 2026 17:52
Putin və bin Salman Yaxın Şərqi müzakirə etdilər
02 Aprel 2026 16:50
Rusiya-Ukrayna danışıqlarında vasitəçi ABŞ-dir - Peskov
02 Aprel 2026 16:30
Kallas və Van İ Hörmüz boğazını müzakirə etdi
02 Aprel 2026 15:44
"Hörmüz boğazının güc yolu ilə açılması risklidir"
02 Aprel 2026 15:43
Hakan Fidan almaniyalı həmkarı ilə İranı müzakirə etdi
02 Aprel 2026 13:48
Cənubi Qafqaz bölgəsinə maraq artır - Kavelaşvili
02 Aprel 2026 13:14


Bakı -°C

