“Qarabağ” “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sabah”la yarımfinal oyununa çıxır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finala yüksələcək komandalar bəlli olacaq.
Adalet.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçlarında “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” “Neftçi”ni qəbul edəcək.
Günün ilk görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.
İlk oyunda Naxçıvan təmsilçisi Ağdam klubuna 1:0 hesabı ilə qalib gəlib.
Digər oyunda isə “Sabah” və “Neftçi” komandaları münasibətlərini aydınlaşdıracaqlar. “Bank Respublika Arena”da təşkil olunacaq matç saat 20:00-da start götürəcək.
Komandalar arasında birinci duel “tələbələr”in qələbəsi ilə yekunlaşıb – 2:1.
Digər Xəbərlər

Avarçəkənlərimiz "Prezident Kuboku-2025"də 14 medal qazandılar

Konfrans Liqası: "Çelsi" İsveçdə, "Betis" doğma meydanda qələbə qazandı

Rodriqo "Real"dan getmək istəyir
