Myanmada zəlzələ qurbanlarının sayı AÇIQLANDI

Myanmada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3,8 min nəfərə çatıb.
Adalet.az xəbər verir ki, bu barədə Global New Light of Myanmar qəzeti məlumat verib.
Məlumata görə, 5,1 min nəfər xəsarət alıb, 100-dən çox insan itkin düşmüş hesab olunur.
Myanma yanğınsöndürmə xidmətinin dəstələri yerli və beynəlxalq xilasetmə təşkilatları ilə birlikdə təbii fəlakətdən zərər çəkmiş ərazilərdə insanların axtarışı əməliyyatlarını həyata keçirirlər.
Ölkə ərazisində 28 mart tarixində 8,2 maqnitudalı zəlzələ baş verib. Bunun ardınca 6,4 maqnitudalı təkrar zəlzələ olub.
Digər Xəbərlər
jpg-1746175246.jpg)
Allah hər itin duasını eşitsəydi, göydən sümük yağardı:Coel Tenninin yalvarışları
jpg-1746169745.jpg)
ABŞ Rusiyanın 80 illik qələbəsinə şərik çıxır?:Tramp "Qələbə günü" addımı

Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçilikdən imtina etdi
