adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Yası toy-bayrama döndərən açıqlama

MEHMAN CAVADOĞLU
69848 | 2021-04-26 13:38

Baydenin “Ağ ev”in sükanı arxasına keçdiyi gündən erməni soyqırımını tanıyacağını ehtimal edənlər çox idi. Ona görə yox ki, bu onun seçkiqabağı vədlərindən biriydi. Ölkədəki şoxsaylı erməni seçicilərinin səsini almaq üçün ən azı son 30-40 ildə bütün şanslı namizədlər bu cür vədlər versələr də, sonradan dövlət maraqlarını nəzərə alaraq öz sözlərini tutmamışdılar. Ancaq danışıqlarına və hərəkətlərinə nəzarət imkanında olmayan bu zatın prezident kürsüsündə oturduğu 3 ay ərzində ölkəsinin ən vacib hərbi-strateji müttəfiqiqi olan bir dövlətin başçısıyla heç bir ünsiyyət qurmamasının, onu yalnız həmin məşum çıxışından bir gün əvvəl “yada salması”nın arxasında hiyləgər bir niyyətin dayandığını dərhal, uydurma “genosid”in tanınacağıyla bağlı bir sıra mətbuat orqanlarına sızdırılan informasiyalardan əvvəl də başa düşmək çətin deyildi.

Uzun illərdi ki, Türkiyənin başının üstündən Domokl qılıncı kimi asılmış “genosid” hədəsinin heç bir real qaynaqlara əsaslanmadığını, qaraçı soyundan gələn bir xalqın yalançı vay-şüvənindən başqa bir şey olmadığını Avropada da, okeanın o tayında da yaxşı bilirlər. Ancaq bu onlara hər fürsərdə Türkiyəni qısnamağa mane olmur.

Reyqan prezident olarkən tarixdə həqiqətən belə bir soyqırımın olub-olmadığını aydınlaşdırmaq üçün xüsusi tapşırıq vermiş, məşhur hüquqşünas olan vəkili Bryus Feynin başçılığıyla xüsusi komissiya yaratmışdı. Həmin komissiyanın araşdırmalarının nəticələri barədə çox-çox sonralar açıqlama verən B. Feynin demişdi ki, bu əsassız bir ittihamdı, həmin hadisələr vaxtı öldürülən türklərin sayı ermənilərdən çox olub. “Avropa ölkələri və Türkiyənin hərbi arxivlərində aparılan araşdırmalar göstərdi ki, soyqırım nağılları erməni tarixçilərinin təxəyyülünün məhsuludu. Həmin vaxt ermənilərin Anadoluda 2 milyondan çox türkü qətlə yetirmişdilər” – deyə o bildirmişdi. Daha sonra Osmanlı dövründə bütün millətlərin eyni hüquqlara malik olduğuna toxunan müşavir həmin dövrdə baş verən hadisələrin əsl mahiyyətini qısa şəkildə belə izah etmişdi: “Türkiyədə o vaxt yaşayan yunanlar, kürdlər, çərkəzlər, ərəblər, ermənilər kifayət qədər yüksək vəzifələr tuturdular. Birinci Dünya Müharibəsi başlayanda ermənilər vətənə xəyanət edib, Osmanlı İmperiyasının düşmənlərinə qoşuldular. Ermənilər Qafqaz cəbhəsində ruslarla çiyin- çiyinə döyüşürdülər. Onlar türk və gürcü kəndlərini qarət edib, insanları qırırdılar. Bizim apardığımız araşdırma zamanı türklər öz arxivlərindən istifadə etməyə icazə vermişdilər, erməni tərəfi isə qətiyyətlə öz arxivlərini açmaq istəmirdi. Düşünürəm ki, əgər bu arxivlər açılsa, bütün həqiqət üzə çıxacaq. Bu halda ermənilər bütün dünyanın qarşısında, xüsusilə türklər qarşısında tarixi yalana yol verdikləri üçün üzr istəməli olacaqlar”.

Reyqan bu komissiyanı 1981-ci ildə, 8 il davam edən və Sovet imperiyasının faktiki çöküşüylə yekunlaşan prezidentliyinin ilk ilində yaratmışdı. Amma öz yaratdığı komissiyanın “erməni genosidi olmayıb, əksinə ermənilər daha çox türk öldürüb” rəyinə rəğmən öz seçicilərinin xətrinə dəymək istəməyən keçmiş Kaliforniyalı aktyor özünün yaratdığı komissiyanın üzə çıxartdığı tarixi həqiqətlərə və faktlara tüpürərək belə bir bəyanat vermişdi: “Xolokostun dərsləri, bundan əvvəl baş vermiş erməni genosidi, ondan sonrakı Kamboca genosidi, həmçinin başqa çoxsaylı insanların təqib edilməsiylə bağlı oxşar hadisələr unudulmamalıdı”. Bununla da o, saxta erməni genosidini tanıyan ilk ABŞ prezidenti kimi tarixə düşüb.

Xatırladaq ki, ABŞ prezidentlərinin uydurma erməni genosidiylə bağlı ənənəvi illik müraciətlərinin tarixi 1994-cü ildən başlayır. Reyqanla Bayden arasındakı dövrdəsə bu sözü Barak Obama dilinə gətirmişdi. Düzdü, dərisinin rənginə görə ekzissential bir kompleks yaşayan bu cavan prezident öz respublikaçı sələfi və demokrat xələfindən fərqli olaraq, “genosid” sözünü dilinə gətirməyə cəsarət etmədi, həmin sözün erməni dilindəki ekvivalenti olan “meç eqern” kəlməsini işlədərək guya böyük bir diplomatik gedişlə həm erməni əsilli seçicilərini və sponsorlarını incik salmadı, həm də başında durduğu ölkənin hətta Varşava paktının dağılmasından sonra belə ən strateji tərəfdarı kimi alternativi olmayan Türkiyəni ayağa verməyə risk eləmədi.

Bu linqivistik gəlişmələr, sadəcə, gəlişigözəl söz oyunu deyil. Kütləvi qırğınların hər dildə öz adı olsa da, yunan və latın dilinin simbiozundan yarananan “genosid” istilahı başqa dillərdə işlənən ilkin mənasını çoxdan itirib, II Dünya Savaşında törədilimiş dəhşətli yəhudi qətliamlarından sonra özündə hüquqi nəticələr ehtiva edən terminə çevrilib. Odur ki, danışıqlarını və hərəkətlərini idarə eləmək imkanını itirmiş sərsəm bir qocanın qarşısına heç bir konkret fakta söykənməyən bu cür ağır ifadələrlə “bəzənmiş” hazır bəyanat mətnləri itələyənlər daha ehtiyatlı tərpənməliydilər. Çünki “xəbis niyyətlər” şox ağır fəsadlar törədə bilər.

“Genosid” məfhumuna hüquqi-siyasi donu İkinci Dünya Savaşında dərhal sonra yaranan BMT geyindirdi. Həmin müharibədə faşistlər hətta ən ibtidai təfəkkürün hökm sürdüyü dövrlərdə belə ağla gəlməyən üsullarla 6 milyondan çox günahsız dinc yəhudini dəhşətli işgəncələr yoluyla qətlə yetirmişdi. Erməniləri iştaha gətirən də budur. Özlərini yəhudilərin tarixdə görünməmiş faciəsinə şərik qoşmaq üçün döymədikləri qapı, xərcləmədikləri pul, tökmədikləri göz yaşı qalmadı. İndi məmnundular, odur ki, okeanın o tayından gələn informasiyadan sonra saxta “genosid”lərinin 106-cı ilini az qala toy-bayrama döndərdilər. Amma çox da eyforiyaya qapılmağın bir anlamı yoxdu, bu heç bir uzaqgedən hüquqi nəticələr doğurmayacaq “sözdə tanıma” faktından başqa bir şey deyil.

Bütün hüquqi aktlar kimi BMT-nin II Dünya Müharibəsindən sonra, 1948-ci ildə qəbul etdiyi genosidlə bağlı sənədin də geriyə qüvvəsi yoxdu. Olsaydı onda onun uzantıları təkcə 30 il əvvələ yox, 300 il, 1000 il əvvəllərə də gedib çıxmalıdı. Bu isə təkcə “mədəni Avropa” dövlətlərini yox, xaç yürüşlərinin təşkilatçısı və ilhamvericisi olmuş, hətta “uşaq xaç yürüşləri” kimi dəhşətli avantüraya imza atmış Vatikanı da əhatə etməlidi.

Əslində, bugünkü bir çox Avropa ölkələrini müxtəlif vaxtlarda genosid törətməkdə ittiham etmək üçün uzaq tarixə baş vurmağa da ehtiyac yoxdu. Onların son 70 illik tarixi məhz həmin BMT sənədinin təsiri altına düşən bu cür dəhşətli hadisələrlə doludu, odur ki, başqalarında eyb axtaranlar əvvəlcə güzgüyə baxsaydılar yaxşı olardı.

Hər hansı genosid faktının olub-olmaması siyasətçilərin kaprizləri və konyuktur açıqlamalarıyla yox, məhkəmə qərarlarıyla müəyyənləşir. Baydenin 1915-ci il hadisələrini “genosid” adlandıracağı heç kimdə şübhə doğurmadığı vaxta sayılı günlər qalanda BMT baş katibinin şəxsi nümayəndəsi Ctefan Carrikin verdiyi aşağıdakı açıqlama da onu bu cür populist addımdan çəkindirmək məqsədi güdürdü: “Genosid faktını müvafiq məhkəmə instansiyası müəyyən eləmələdi”. Belə bir dolayısı məhkəmə qərarısa çoxdan mövcuddu. Hələ beş il bundan qabaq Avropa İnsan Haqları məhkəməsinin Böyük palatasının Türkiyə İşçi Partiyasının rəhbəri Doğu Perincəyin şikayəti əsasında çıxardığı qətnamədə deyilir: “Erməni genosidin inkarı söz azadlığının təzahürüdü, ermənilərin 1915-ci il genosidisə tarixi fakt deyil, sadəcə, hadisələrə çoxsaylı baxışlardan biridi”.

Son illər Türkiyə sürətlə inkişaf edir, güclənir və müstəqil siyasət yeridir. Ölkə dünyanın ilk “iyirmiliyində” qərar tutur. Artıq Ərdoğan beynəlxalq siyasətin aparıcı oyunçularından birinə çevrilib və öz ölkəsinin maraqlarını nəinki rəqiblərinin, heç müttəfiqlərinin də ayağına vermək fikrindən çox uzaqdı. Qərb liderləri yuxularına haram qatan bu reallığı sinirə bilmirlər. Erməni məsələsi onlardan ötrü, sadəcə, Türkiyəyə təzyiq vasitəsidi. Lazım gələndə şirin nağıllarla bəslədikləri “kiçik qardaşlarını” yenə də taleyin ixtiyarına buraxacaqlar. Ən azı, son bir əsrdə bunu bir neçə dəfə “sınaqdan çıxarsalar da, nə yazıq ki, bədxah qonşulara dərs olmayıb. Elə onların bütün faciələrinin kökündə də tarixdən dərs çıxarmaq vərdişlərini itirməkləri dayanır.

M. Cavadoğlu

 

TƏQVİM / ARXİV