Bu televiziyalara ayrılan vəsait azalır

102 | 2025-10-23 17:10

Gələn il “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə ayrılan vəsaitin həcmi açıqlanıb.

Adalet.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Dövlət büdcəsində bu fəaliyyətin təmin olunması məqsədilə 64,8 milyon manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, bu, 2025-ci ilin büdcəsi ilə müqayisədə 0,5% azdır. Ötən il 65,1 milyon manat vəsait ayrılıb.

  • Sentyabr:
  • 26

TƏQVİM / ARXİV