Xaçmaz rayonunda qəzada yaralanan sürücü ölüb.
Adalet.az xəbər verir ki, ötən gün Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaqub-oba kəndi yaxınlığından keçən hissəsində yol qəzası olub.
Qəza nəticəsində xəsarət alan dörd nəfərdən biri - 39 yaşlı sürücü Tərlan Həsənbəyov xəstəxanada dünyasını dəyişib.