adalet.az header logo
  • Bakı -°C

Vulkan püskürdü, jurnalistlər itkin düşdü

80 | 2026-09-09 13:11
A- A+

İndoneziyada Anak Krakatau vulkanı yaxınlığında beş jurnalist və iki şəxsiyyəti məlum olmayan şəxs itkin düşüb.

Adalet.az ANTARA-ya istinadən xəbər verir ki, 7 sentyabrda jurnalistləri daşıyan sürət qayığı Banten əyalətindəki Pagedongan körpüsündən yola düşüb. Jurnalistlər vulkan haqqında reportaj çəkməyi planlaşdırarkən onlarla əlaqə kəsilib.

"Sürətli qayığın göyərtəsində yeddi nəfər, o cümlədən ANTARA xəbər agentliyinin fotojurnalisti M. Bagus Hoyrunnas; "Merdeka"dan Ari Basuki; "iNews"dan Yudhis; "Anadolu"dan Daus; müstəqil jurnalist Donal və şəxsiyyətləri hələ müəyyən edilməmiş daha iki nəfər var idi", - deyə açıqlamada bildirilir.

Agentlik axtarışın birinci mərhələsinin uğursuz olduğunu bildirib. Bundan əlavə, xilasetmə əməliyyatı vulkan püskürməsi səbəbindən çətinləşir.

  • Sentyabr:
  • 4

TƏQVİM / ARXİV