adalet.az header logo
  • Bakı -°C

Valverde "Real"ın məşqlərinə qoşulub

94 | 2026-05-15 17:54
A- A+

İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Federiko Valverde zədəsini sağaldaraq komanda ilə məşqlərə qoşulub.

Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı uruqvaylı futbolçunun hazırlıq prosesindən fotoları paylaşılıb.

Yarımmüdafiəçi məşq zamanı komanda yoldaşı Orelyen Çuameni ilə mübarizədə zədələnmişdi. Bu səbəbdən iki həftə yaşıl meydanlardan uzaq qalan oyunçu La Liqada "Barselona" (0:2) və "Ovyedo" (2:0) ilə matçları buraxmışdı.

Valverde 2025/2026 mövsümündə bütün turnirlərdə 48 matçda iştirak edib, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Real" 80 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

TƏQVİM / ARXİV