adalet.az header logo
  • Bakı -°C

Fransada hantavirus PANİKASI: Apteklərdə maska tapılmır

94 | 2026-05-15 17:51
A- A+

Fransada hantavirusun yayılma qorxusu səbəbindən tibbi maska və respiratorlara tələbat kəskin şəkildə artıb.

Adalet.az  "Radio France"a istinadən xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb.

Fransa Səhiyyə Nazirliyi mətbuat konfransı keçirərək ictimaiyyəti sakitləşdirməyə çalışıb.

Rəsmi açıqlamada bildirilib ki, "MV Hondius" kruiz laynerində vəfat edən sərnişinlə təmasda olan 26 Fransa vətəndaşının hamısının analiz nəticələri neqativ çıxıb.

Lakin bu bəyanatlara baxmayaraq, son bir həftə ərzində "FFP2" tipli respirator maskalara olan tələbat beş dəfə artıb. Bu vəziyyət apteklərdə qıtlığa, qiymət artımına və tədarük zəncirində fasilələrə səbəb olub.

Əczaçıların verdiyi məlumata görə, 50 ədədlik bir qutu maskanın topdansatış qiyməti 5 avrodan 7 avroya qalxıb. Topdansatış şirkətləri cərrahi maskaların və "FFP2" respiratorlarının çatdırılmasında ciddi məhdudiyyətlərin olduğunu bildiriblər. "Pharmazon" şirkəti isə adi hallarda həftəlik 2,4 min qutu maska satdıqları halda, son üç gündə 15 min qutu məhsul göndərdiklərini dəqiqləşdirib.

TƏQVİM / ARXİV