Ulu Öndərə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi

1072 | 2023-04-17 18:06

17 aprel 2023-cü il tarixində N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının və YAP Kürdəmir rayon təşkilatının birgə təşəbbüsü və təşkilatçılığı ilə yazıçı-publisist, hüquqşünas Əlisəfa Azayevin Ümummilli liderimiz, dahi şəxsiyyət H.Əliyevin həyatından, ictimai-siyasi fəaliyyətindən bəhs edən “Qarlı zirvə” kitabının təqdimat mətasimi keçirilmişdir. Təqdimat mərasimində rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə öncə ümummilli liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Təqdimat mərasimini giriş sözü ilə açan muzeyin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı bildirmişdir ki, yazıçı-publisist Əlisəfa Azayev yaradıcılığının böyük hissəsini tanıdığı, həyatda müşahidə etdiyi və birbaşa iştirakçısı olduğu adamlara, hadisələrə, mövzulara söykənərək oxucuya təqdim edir. Böyük həyat təcrübəsi olan müəllifin son illərdə daha çox müraciət etdiyi mövzuların önündə şəhidlərimiz, milli qəhrəmanlarımız, eləcə də tanınmış ictimai-siyasi xadimlərimiz, ziyalılarımızla bağlı əsərlər əksəriyyət təşkil edir. Müəllifin Ümummmili Liderimiz, Azərbaycanın xilaskarı, Ulu Öndər Heydər Əliyevə, onun həyatı, ictimai-siyasi fəaliyyəti, xüsusilə Moskva-Naxçıvan-Bakı şəhərlərində bir dövlət xadimi kimi, bir şəxsiyyət kimi gördüyü işlər tarixi faktlara söykənməklə bədiiləşdirdiyi “Qarlı zirvə” romanı bu qəbildəndir.

Oxucu Vaqif Alıyev çıxışında müəllif Əlisəfa Azayevin bilavasitə şahidi olduğu, həmçinin araşdırıb topladığı materiallar əsasında bu romanı qələmə almasını, əsərini oxucu qarşısına Azərbaycanın müstəqillik qazandığı o çətin qovğalı-qadalı tarixini olduğu kimi əks etdirən roman kimi çıxardığını qeyd etmişdir.

Təqdimat mərasimində çıxış edən şair Abduləziz Xanəhmədoğlu, jurnalist Tofiq Abdullayev, oxucular Namiq Ağayev, Dürriyə Seyidova “Qarlı zirvə” romanı haqqında fikir və mülahizələrini oxucularla bölüşmüşlər.

Tədbirdə “Qarlı zirvə romanından bir parça səsləndirilmişdir.

YAP Kürdəmir təşkilatının sədri Ayaz Cəbrayılov yazıçı Əlisəfa Azayevin yaradıcılığını qiymətləndirdiyini və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində belə dəyərli sənədli roman yazıb ərsəyə gətirdiyinə görə müəllifə təşəkkürünü bildirmiş və müəllifə YAP Jürdəmir rayon təşkilatının Fəxri Fərmanını təqdim etmişdir.

Təqdimat mərasiminin sonunda müəllif Əlisəfa Azayev ilin əvvəlində “Maarif” nəşriyyatında yüksək nəşriyyat poliqrafiya üsulunda çap olunmuş bu kitabının dövlət səviyyəsində qeyd etdiyimiz “Heydər Əliyevin ili”ndə Ulu Öndərə və onu sevən, qəlbində əbədi yaşadan oxuculara müəlllifin dəyərli söz hədiyyəsi olacağına ümid etdiyini vurğulamışdır. Müəllif, eyni zamanda onun əməyinə göstərilən diqqət üçün tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirmışdir.

 

TƏQVİM / ARXİV