Ali Rada Mixaylo Fedorovun Ukraynanın yeni müdafiə naziri təyin edilməsini dəstəkləyib.
Adalet.az xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak məlumat verib.
"Rada Mixaylo Fedorovu Ukraynanın müdafiə naziri təyin edib. O, münaqişənin başlanğıcından bəri dördüncü müdafiə naziridir", - deyə millət vəkili bildirib.
Fedorovun namizədliyini 277 parlamentari dəstəkləyib.
Ukrayna parlamenti müdafiə naziri Denis Şmıqal vəzifəsindən azad edib. O, ötən cümə, 9 yanvar tarixində istefa ərizəsi verib.


Bakı -°C
