Vizual məsafədən kənarda reaktiv mühərrikli hava hədəfini vuran və qlobal aviasiya tarixində ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar Kızılelma artıq 2026-cı ildə Türkiyə Silahlı Qüvvələrinin xidmətinə veriləcək.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, şirkət “Kızılelma” pilotsuz təyyarənin sınaq seriyasını uğurla davam etdirir.
Yanvarın əvvəlində keçirilən ən son sınaq uçuşları zamanı Baykar mütəxəssisləri pilotsuz döyüş təyyarəsini EOTS (elektro-optik hədəfləmə sistemi) və FEWS-U (elektron müharibə və müdafiə sistemi) ilə təchiz etməklə “Kızılelma”nın imkanlarını əhəmiyyətli dərəcədə artırıblar.
Sınaq proqramı çərçivəsində bundan əvvəl “Kızılelma”dan Türkiyə istehsalı olan TOLUN və TEBER-82 sursatları atılıb, bütün yerüstü hədəflər məhv edilib.
Bundan əlavə, Sinop əyaləti sahillərində pilotsuz döyüş təyyarəsindən “hava-hava” raketi atılıb ki, o da səsdən sürətli reaktiv hədəfi görüntü məsafəsindən kənarda vurub.
Türkiyə hakimiyyəti Bayraktar Kızılelmanı “Türkiyə təyyarə sənayesinin qüruru” adlandırır.


Bakı -°C
