adalet.az header logo
  • Bakı -°C

Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi

79 | 2025-12-13 16:02
A- A+

Tayland-Kamboca sərhədində gərginlik davam edir, döyüş əməliyyatları ABŞ Prezidenti Donald Trampın atəşkəs elanından sonra da dayandırılmayıb.

Adalet.az-ın məlunatına görə, "Reuters" agentliyi bölgədən məlumat yayıb ki, döyüşlər Trampın vasitəçiliyi ilə atəşkəsin elan edilməsindən bir neçə saat sonra baş verib.

Taylandın Baş naziri Anutin Çarnvirakul şənbə günü bildirib ki, döyüş təyyarələrinin hədəflərə zərbələr endirməsindən sonra sərhəddəki əməliyyatlar davam etdiriləcək. O, əlavə edib ki, hərbi fəaliyyət yalnız ölkənin torpaqlarına və vətəndaşlarına heç bir təhlükə və təhdid hiss olunmayana qədər dayandırılmayacaq.

Bu açıqlama bölgədəki gərginliyin hələ də davam etdiyini göstərir və tərəflər arasında atəşkəsin nə zaman tam təmin olunacağı sual altındadır.

TƏQVİM / ARXİV