adalet.az header logo
  • Bakı -°C

İlham Əliyev- Rusiyaya üzr istədən yeganə adamdır – Politoloq 

94 | 2026-04-18 12:52
A- A+

“Moskva ən güclü dövründə Bakıdan necə əfv dilədi? Rusiya 1992-ci ildə üzr istədiyi Yaponiya və Cənubi Koreyaya əslində o qədər də möhtac deyildi, lakin çox zəif bir dövrdən keçirdi, prezident Yeltsin Tokiodan kapital dilədiyi bir dövrdə rəsmi Bakıya hədə gəlir, Azərbaycanın Qarabağda güc yolu ilə heç bir şansının olmadığını deyərək, ölkəmizi hədələyirdi”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, Rusiya tarixi boyunca, xüsusilə özünün gücünün zirvəsində olanda ümumiyyətlə, üzr istəməyi ar hesab edən qlobal güc olub:

“Rusiya Azərbaycandan üzrü Ukraynanı işğala davam etdiyi bir dövrdə etdi.Rusiya Azərbaycana qarşı təyyarə hadisəsindən sonra bütün kartları işə saldı, soydaşlarımız gülləbaran edilib, öldürüldü, həbsə atıldılar, diasporumuzun şanlı oğulları təzyiqə məruz qaldı.Lakin Azərbaycan dövlət iradəsi yolundan dönmədi və üzr istətməyə davam etdi.Rusiya Azərbaycansız mümkün və mövcud olmaz.Rusiyada da ağıllı adamlar var və arada bəziləri onlara Şimal-Cənub dəhlizini xatırladır və yada salır ki, Azərbaycan izin verməsə, Rusiya ən əlverişli quru yolu ilə hüsnünə çox heyran olduğu İrana qovuşacaq gücə və imkana malik olmaz.Rusiyanın günahını etiraf etməsi il yarım çəkdi...Heç olmamaqdansa, gec olması yaxşıdır...Bu arada, biz ruslara üzr istədik də, ABŞ-ın qətlə yetirdiyi 168 iranlı məktəbli qıza görə üzr istəməsi yaxşı olmazdımı? Onların da hesabında Vyetnam, İraq, Liviya kimi hadisələr az deyil”.

Vasif

  • Mart:
  • 20

TƏQVİM / ARXİV