“Azərbaycan İran böhranının həllində vasitəçi ola bilər. İran prezidenti Məsud Pezeşkian dövlət başçısı İlham Əliyevə zəng edərək humanitar yardıma görə təşəkkür edib. Bundan əvvəldə prezidentlər arasında bu kontekstdə telefon danışığı olub. Amma, bu telefon zəngi cənab Pezeşkianın prezident cənab İlham Əliyevdən vasitəçilik missiyasını istəməsi istisna deyil”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Cənab İlham Əliyevin Donald Tramp və Benyamin Netanyahu ilə normal əlaqələrə malikdir. Azərbaycan İran məsələsində neytral mövqe tutub. Müharibənin əleyhinədir və problemin diplomatik danışıqlarla aparılmasını daima qeyd edir. Azərbaycan İran və İsrail arasında vasitəçi ola bilər. Məhz Pezeşkianın prezidentə telefon zəngi bu xüsusda mümkündür. Çünki Azərbaycan İsrail və Türkiyə, həmçinin İsrail-Suriya arasında görüşlərə ev sahibliyi edib. Azərbaycan regionda etibarlı tərəfdaş və bütün ölkələrlə qarşılıqlı siyasi əlaqələrin inkişafında maraqlıdır. Məhz Cənubi Qafqazda Azərbaycanın sülh quruculuğu və bu vasitəçilik missiyası digər münaqişələrin həllində öz təcrübəsini tətbiq edə bilər”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C
