adalet.az header logo
  • Bakı -°C

Avtomobil yük maşınına çırpıldı...

80 | 2026-03-07 17:32
A- A+

Hər bir nəqliyyat vasitəsinin sürücüsü öncə yol hərəkəti qaydalarına əməl etməyə borcludur.Ən azından ona görə ki, o, sükan arxasında əyləşibsə, bütün məsuliyyət sürücünün üzərinə düşür.

Təəssüf ki, bunun bəzən biz əksini görürük. Yəni görürük ki, sürücü məsuliyyətsizlik edir, yol hərəkəti qaydalarını pozur və ağır qəzalar  yaradır. Bir neçə gün bundan əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi dediklərimizə əyani sübutdur.

Belə ki, paytaxtın Sabunçu rayonunda , daha doğrusu, Zabrat - Maştağa yolunda   minik avtomobili yolun hərəkət hissəsində dayanmış  ağır tonnajlı yük maşınına çırpılıb. Belə ki, gecə saat 22: 30-da  sürətlə hərəkət edən taksi arxadan həmin yük maşınına deyib.Nəticədə  avtomobilin sürücüsü hadisə yerində  həyatın itirib.

Ümumiyyətlə, bu cür qəzalar Bakıda  sürücülərin səhlənkarlığı üzündən tez-tez baş  verir. Hadisə şahidlərindən biri deyir ki, biz sexdə işləyirdik və möhkəm səs eşitdik .

Çıxıb gördük ki, avtomobil arxadan yük maşınına  çırpılıb və sürücü ölüb. Həmin yük maşını necə gün idi ki, xarab olub yolda qalmışdı , sahibi də gəlib  avtomobili  aparmırdı.  Həmin yük maşını günlərdir  ki, sıradan çıxıb  yolun hərəkət hissəsində  qalıb, Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları nasaz yük maşının hərəkətin intensiv olduğu yoldan evakuasiya etməyiblər. Hansı ki, onların  vəzifə borcudur   ki,  nasaz  nəqliyyat  vasitəsin vaxtında  yolun hərəkət hissəsindən  götürsün.Əgər bu qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilsəydi, ölümlə nəticələnən belə ağır qəza baş verməzdi!!!

Emil FAİQOĞLU

  • Mart:
  • 6

TƏQVİM / ARXİV