adalet.az header logo
  • Bakı -°C

Svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılıb

108 | 2026-01-07 10:53
A- A+

Bakıda velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə 47 yolayrıcında mövcud olan svetoforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində svetoforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr bunlardır:

1. Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsi;
2. Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsi;
3. Səbail rayonu, Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi;
4. Xətai rayonu, İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsi.

Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin quraşdırılması mikromobilliyin inkişafı məqsədilə həyata keçirilir.

TƏQVİM / ARXİV