"Məktəb ətrafı ərazilərdə hərəkət edən sürücülər və piyadalar xüsusi diqqətli olmalıdır. Sürücülər sürət həddini minimuma endirməli, piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmalı və uşaqların qəfil yola çıxma ehtimalını nəzərə almalıdırlar".
Adalet.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatında deyilir.
"Piyadalar, xüsusilə şagirdlər, yolu yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, diqqəti yayındıran amillərdən uzaq durmalıdır.
Valideynlər isə uşaqlara yol hərəkəti qaydalarını mütəmadi izah etməli və onlara şəxsi nümunə göstərməlidirlər.
Unutmayaq ki, təhlükəsiz mühit yalnız qaydalara riayət etdikdə mümkündür. Qaydalara riayət etmək isə sürücülərin, piyadaların və digər yol iştirakçılarının təhlükəsizliyini təmin edir", - deyə qurumun müraciətində deyilir.


Bakı -°C
