adalet.az header logo
  • Bakı -°C

“Qarabağ” Rəşad Sadiqovla yeni müqavilə imzalamaq istəyir

88 | 2026-04-06 19:15
A- A+

“Qarabağ” klubu U-19 komandasının baş məşqçisi Rəşad Sadiqovla yola davam etmək istəyir.

Bu barədə Adalet.az-a “Qarabağ” futbol akademiyasının meneceri Nail Kərimov məlumat verib.

O, mövsümün sonunda mütəxəssislə danışıqlar masasına oturacaqlarını bildirib: “Akademiyamızın bir çox məşqçisi ilə mövsümün sonunda müqavilə başa çatır. Lakin onları burada saxlamaq istəyirik. Buna Rəşad Sadiqov da daxildir. Mövsümün sonunda qarşı tərəflə sözləşmə ilə bağlı söhbətimiz olacaq”.

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV