"Son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub" - Deputat

79 | 2025-10-17 11:26

"Statistikada qeyd olunur ki, son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub. 9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətirib".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bu ailə institutu üçün olduqca böyük faciəvi problemdir: "Biz bu istiqamətdə cəmiyyətdə ictimai müzakirə yaratmalıyıq. Necə etməliyik ki, ailə institutunu qoruya bilək".

Nicat

TƏQVİM / ARXİV