Sanae Takaiti Yaponiyanın ilk qadın baş naziri seçildi

121 | 2025-10-21 12:29

Liberal Demokratik Partiyanın sədri  və eks iqtisadi təhlükəsizlik naziri Sanae Takaiti Yaponiyanın 104-cü baş naziri oldu.

 Takaiti Yaponiya tarixində ilk dəfə olaraq nazirlər kabinetinin sədri seçilən qadın kimi tarixə düşdü. Aşağı palatada keçirilən seçkilərdə O, 465 deputatdan 237-sinin səsini qazanaraq, 149 səs toplayan Yesxiko Nodanı geridə qoyub.

 Bildirilir ki , 64 yaşlı Takaiti sağyönlü və millətçi  baxışları olan, təhlükəsizlik məsiələlərinə ciddi yanaşan siyasətçi kimi tanınır. 

 Xatlrladırıq ki, Yaponiyanın keçmiş baş naziri Siqeru İsibı, yeni baş nazir seçkiləri ərəfəsində öz postundan istefa verib. 

Rüstəm Hacıyev

  • Sentyabr:
  • 26

TƏQVİM / ARXİV