Şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq

100 | 2025-10-28 12:17

2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.

Bu barədə  Adalet.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, cari tədris ilində 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Qəbul imtahanına dair çərçivə sənədi 2025-ci ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.

Lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur.

 

TƏQVİM / ARXİV