Bu gün bazar - dükanlarda nə qədər desən tərəvəz məhsulları - göy-göyərti, xiyar , pomidor, kartof, çiyələk satılır. Və çox adam da böyük sevinclə həmin məhsulları alırlar. Belə baxanda indi aprel ayının axırına yaxındır və həmin məhsulları az da olsa, istehlak etmək olar.
Amma kənd təsərrüfatı üzrə mütəxəssis Azər Məmmədov deyir ki, adını çəkdiyiniz məhsulun heç biri təbii üsulla yetişdirilməyib. Bu məhsulların hamısı istixana şəraitində yetişdirilir və üstəlik də onların inkişaf etməsi və bol məhsul verməsi üçün kimiyavi dərmanlar, eləcə də müxtəlif gübrələr verilir.Bir çox iş adamları məhsulun tez yetişməsi üçün müxtəlif boyalardan və mənşəyi bilinməyən kimyavi dərmanlardan istifadə edirlər. Bu da insan sağlamlığı üçün çox təhlükəlidir.
Hələ biz məhsula normadan artıq gübrələrin verilməsini demirik. Həmin tərəvəz məhsullarının ən yaxşi yeyilməsi vaxtı təbii yolla yetişməsidir. Yəni günəş işığı altında yetişisən bütün məhsullar daha dadlıdır və insan üçün xeyirlidir. Çünki onun tərkibində bizim üçün lazım olan bütün vitaminlər var. Ancaq indi satılan və istehlak olunan məhsulların hamısı qeyri- təbii yolla yetişdirilib. Bu isə insan sağlamlığına çox ağır zərbə vurar . Ona görə də həmin məhsulları lazımi vaxtda yemək daha məqsədəuyğundur!!!
Emil FAİQOĞLU


Bakı -°C
