"Rusiya ərazilərinə hücumlara ABŞ rəhbərlik edir" -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
647 | 2024-06-10 10:59

Xəbər verildiyi kimi, Ukraynanın hərbi təyyarələri Rusiyanın Belqorod vilayətində yerləşən hərbi obyektlərinə zərbələr endirib. 

Rusiyanın Siyasi analizlər mətkəzinin direktoru Pavel Danilin bəyan edib ki, Ukraynanın hərbi qüvvələri, Rusiya ərazilərinə hücumları ABŞ-ın rəhbərliyi ilə həyata keçirir və bu da yalnız vəziyyəti daha da gərginləşdirir.

"ABŞ həqiqətən Rusiyaya hücumlara rəhbərlik edir... Bu, təbii ki, vəziyyəti gərginləşdirən addımdır və bunun hansı nəticələrə gətirib çıxaracağını demək çox çətindir. Amerikanların bunu etiraf etmələri yaxşıdır, lakin onların vəziyyəti gərginləşdirmək istədiyinə aydınlıq gətirməyə imkanları olmayacaq"-deyə politoloq sözlərinə aydınlıq gətirib.

Danilinin fikirincə, Vaşinqtonun qəbul etdiyi qərar və onun NATO-dakı  "vassalları"nın  bu hərəkəti Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər. Fransa və Almaniyanın da, Ukraynanın Rusiya ərazilərinə hücumlarını alqışlamaları onu göstərir ki, onlar da başa düşürlər ki, artıq Ukrayna məğlub olur, prezident Zelenski isə vəzifəsindən getmək ərəfəsindədir. Avropalı siyasilər bu ssenari ilə sadıcə olaraq hadisələrin müddətini bir az ləngitməyə çalışırlar. 

"Hazırda Bayden prezident seçkiləri ilə bağlı kritik durumdadır və o, bilir ki, Rusiyanın qələbə qazanmasına imkan vermık olmaz. Əgər münaqişə ABŞ- ın istədiyi kimi davam etməzsə, bu həm ABŞ, həm Bayden, həm də demokratlara ağır zərbə olar. Bayden anlayır ki, bununla Donald Trampa məğlub ola bilər"- deyə Danilin əlavə edib.

ABŞ prezidentinin məsləhətçisi Ceyk Sallivan bəyan edib ki, Ukrayna hərbi qüvvələri, Vaşinqtonun razılığından istifadə etməklə Rusiya ərazilərinə zərbələr endirib. O, bunun Co Baydenin "sağlam düşüncəli qərarı" oluğunu da bildirməyi unutmayıb.

Təbii ki, Rusiyanın bu hücumları cavabsız buraxacağına kimsə inanmır. İlk növbədə bunu Rusiya ərazilərinə hücum etmək əmrini verən Ağ Evinin sahibi də aşkar şəkildə anlayır.  Rusiyanın prezidenti Vladimir Putin açıq şəkildə bəyan edib ki, Rusiya buna assimmetrik cavab verəcək. "NATO ölkələri düşünməlidilər ki, Rusiya ilə münaqişəyə girməklə "odla oynayırlar".  Şimali Atlantika alyansına üzv dövlətlər yadlarına salmalıdılar ki, onların kiçik ərazilərində insanların sıxlığı daha çoxdur". 

 Yəni, Vladimir Putin üstüörtülü də olsa, bir daha Qərbi nüvə silahı ilə təhdit edib və onlara  bu münaqişədən daha ağır nəticələrlə çıxa biləcəklərini xatırladıb. 

Vaşinqton üçün nə Avropalı tərəfdaşlarının, nə də dəfələrlə dediyimiz kimi, xüsusilə də Ukraynanın gələcək taleləri heç bir əhəmiyyət kəsb etmir. Ağ Evdə oturanlar elə bilirlər ki, Üçüncü Dünya müharibəsi onlardan yan keçəcək. Anlamırlar ki, Rusiya müharibəyə başlasa, ilk nüvə raketləri məhz Vaşinqtona tərəf istiqamət götürəcək...

 

TƏQVİM / ARXİV