Bu suala təbii ki, birmənalı cavab vermək çətindir! Ən azından ona görə ki, qışın oğlan çağında belə çox baha olmasına baxmayaraq, imkanlı və varlı adamlar ürəyi istəyəndə bu meyvəni alıb yeyirlər! Nuş olsun! Yaz aylarında çiyələk çox baha olur. Hətta bu məhsulun kiloqramı 100 manata satılır.Amma aprelin ortalarından başlayaraq çiyələk ucuzlaşır.
İndi bazar- dükanlarda nə qədər desən çiyələk var.Özü də ucuz qiymətə . Biz bu yazını aprelin 28- də qələmə alırıq. Və onda bazarlarda çiyələyin bir kiloqramı 4- 2 manat arasında satılırdı. Bu məhsul 8- ci Kilometr bazarında daha ucuzdur. Özü də çiyələklər çox iridir! İri çiyələklər isə kimyəvi yolla istixanalarda yetişdirir. Bəs aprel ayında çiyəyi yemək insan səhhəti üçün hansı fəsadlar verə bilər? Bu suala ekspert Nadir Məmmədov belə cavablandırdı. O dedi ki, hər meyvənin öz mövsümü, vaxtı var! Həmin meyvə vaxtında yeyləndə insanlar üçün daha xeyirlidir.İndi siz apreldə satılan çiyələklərdən danışırsınız.
Heç şübhəsiz ki, indiki çiyələklər təbii yola yetişməyib və onu istixana şəraitində kimyəvi yolla becəriblər. Həddindən artıq iri çiyələklər isə daha çox kimyəvi maddələr verilib.Bax bu yetişən məhsulları istehlak edəndə bəzən zəhərlənmə halları, eləcə də , allergiyası olanlarda müyyən fəsadlar yaranır.
Bu mənada insanların maarifləndirilməsinə böyük ehtiyac var! Biz bir mütəxəssis kimi məsləhət bilirik ki, insanlar çiyələyi mayın 20- dən sonra yesinlər. Çünki bu vaxt satılan çiyələklər gün işığında yetişir və tərkibində lazımi vitaminlər mövcuddur. Yəni göstərdiyimiz vaxtda çiyələyin yeyilməsinin heç bir qorxusu və təhlükəsi yoxdur, əksinə xeyiri var!!!
Emil FAİQOĞLU


Bakı -°C
