“Bir dəfə qardaşım dedi ki, məni biabır etmisən. Rayonda deyirlər ki, bu nə saçdır, get onu qırxdır, adam kimi geyin”.
Adalet.az xəbər verir ki, bunu Xalq artisti Niyaməddin Musayev “Zarafat bir yana” verilişində deyib.
“Gedib saçımı yığdım, başıma da papaq qoydum. Gəlib dedim ki, necədir? Baxdı ki, get, öz geyimini geyin. Bunu qırxdırsam, nə olacaq?! Necə varamsa, eləyəm. Qəbul edirsiniz edin, etmirsiniz etməyin. Dünyamı dəyişəndə də bu cür olacağam”, - müğənni bildirib.


Bakı -°C
