Tramp: Hazırkı İran liderləri daha ağıllıdır
ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərlərinin müharibə zamanı həlak olmuş əvvəlkilərə nisbətən daha az radikal olduqlarını bildirib.
Adalet.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən Pasxa tədbirində bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, bu, onları daha praqmatik və danışıqlara açıq edir.
"Tam rejim dəyişikliyi baş verib. Hazırda İran adından danışıqlar aparan şəxslər qat-qat daha ağıllıdır", - Tramp deyib.
O həmçinin bildirib ki, müəyyən şərtlər daxilində, əgər İran rəhbərliyi lazımi addımlar atarsa, müharibə çox tez başa çata bilər.
Tramp, eyni zamanda, İranla saziş bağlamaq üçün özü tərəfindən çərşənbə axşamına təyin edilmiş dedlaynı xatırladıb.
O əlavə edib ki, İranın təklifi əhəmiyyətli olsa da, kifayət qədər yaxşı deyildi.
Digər Xəbərlər
06 Aprel 2026 20:41
İranın 10 bəndlik təklifinə reaksiya verdi: “Kifayət qədər yaxşı deyil”
06 Aprel 2026 20:15
Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata ağır zərbə vurur - Ərdoğan
06 Aprel 2026 20:00
Tramp İrana sabaha kimi vaxt qoydu
06 Aprel 2026 19:21


Bakı -°C

