Qadın- katın- hatun... - İradə Tuncay yazır

İRADƏ TUNCAY
4599 | 2023-03-10 11:10

Qadın kəlməsinin nə anlama gəldiyini kim bilir ? Ya da kim bilmir? Əslində müraciət formaları ,xitabların ifadəsi toplumun təfəkkür və zehniyyətinin ifadəsidir.Başqalarını təqdim etməyə çalışdığımız hər kəlmə onları deyil də bizim öz mədəniyyətimizi,duyğularımızı,düşüncələrimizi ,hansı mühitdə formalaşdığımızı əks etdirir. Qadın- katın-hatun... Sözün kökü katın.Orta Asiyada ,İpək yolu üzərində 9-cu əsrə qədər önəmli dillərdən sayılan Soqd dilindən türkcəyə keçmiş bir sözdü.Və əsrlərlə dəyişimə uğrayaraq bu gün işlətdiyimiz qadın kimi işlənir. Qadın –yəni önəmli birinin,liderin yarı(sı). Kraliça... Xan-ım . Xan –türk –moğol ulusunda “hökmdar”,”ulu insan”. Moğol ,Altay ləhcələrində “Kan”(Gan) şəklində işlədilən ,farsca “şah”,ərəbcə “məlik “ kimi ifadə olunan statusun o biri yarıya müraciəti. Rəvayəti bəlkə bilirsiz –Mete Xan hüzuruna gələn qonaqlara yarını göstərib –siz mənə Xan-ım deyirsiz,bax bu da mənim Xan-ım... Bəyim müraciəti də eyni etimologiyaya dayanır. Banu isə farscadan gəlir –bunun məncə erkək tərəfi yoxdu. Yəni nə demək istəyirəm –tarixin əvvəllərinə getsək türk düşüncəsində indi bol-bol istifadə olunan gender anlayışı önə çıxır. Və sonra arvad sözcüyü gəlir ki,kökü ərəbcədir və nədənsə neqativ çalardan qaçmaq olmur....

TƏQVİM / ARXİV