adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Professor Vardan Voskanyana cavab: ""Qəssabını gözləyən qoyun" olmaq, "insan qanından zövq alan"dövrünüzün bədəlidir..."

Əntiqə RƏŞİD
2796 | 2021-11-25 16:05

Ötən il - dekabr ayında Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan bildirmişdi ki, Ermənistan atəşkəs rejimi dövründə də itirməyə davam edir:

"Bu ya Ermənistanın dünya xəritəsindən tamamilə yox olması, ya da heç kimin hesaba almayacağı səfil bir ölkəyə çevrilməsi ilə nəticələnəcək. Bu davam edərsə, xalqımızın təhlükəsizliyini təmin edə bilməyəcəyik. Ermənistanı itirəcəyik".


Ötən həftə isə hüquq müdafiəçisi Avetik İşxanyan 1 illik proseslərə fikir bildirdi:” Sünik (Zəngəzur) artıq təhlükə altındadır. Sünik təhlükəsi isə Ermənistanın sonu deməkdir. Sünikdən sonra dilim dönmür deyim ki, Tavuşu da geri alacaqlar. Ala-ala gəlirlər, bir sözlə, Ermənistan qalmayacaq”.


Ötən gün isə erməni professor Vardan Voskanyan öz Facebook səhifəsində soydaşlarının fikrini təsdiqləyib.
“Güzəşt fikrində olan ermənilərin sayı çoxalır. Bu bir xalqın məhvinə səbəb olacaq detallardır. İndi Ermənistan qəssabı gözləyən qoyuna oxşayır. Liderlərimizin bəyanatı və açıqlamaları onu göstərir ki, hakimiyyətdə qalmaq, və yaxud hakimiyyətə gəlmək üçün hər şey hazır olan insanlar var”


Ermənilərin belə pessimist düşüncələrini oxuduqca düşünürəm ki, silahsız, günahsız azərbaycanlıları Ermənistan, həmçinin Qarabağ ərazisindən dəhşətli işgəncələr verəndə, qətl edəndə ,  yüz-min əziyyətlər bahasına tikib qurduğu ev-eşiyini yandırıb göyə sovuranda , onları doğma yurdlarından didərgin salanda, bu azmış kimi özlərinin bu vəhşiliklərini “qəhrəmanlıq” bilib lovqalananda gərək düşünəydilər ki, dünyanı quran-yaradan bir fövqəl güc var və o fövqəl güc haqqı heç vaxt nahaqqın ayağına verməz, bir gün nahaqqın cəzasını elə verər ki. nahaqq yerlə yeksan olar!  

Gərək vaxtında gödən dağıdan, insan qanına yerikləyən, türk qanınıiçməkdən zövq alan goreşən olmayaydınız ki, indidə qəssabını gözləyən qoyuna dönməyəydiniz!


 

TƏQVİM / ARXİV