“Park Bulvar”dakı “Qürursuzluq” sindiromu... - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
6551 | 2022-04-18 13:50

Zara Mqoyana, Aleksey Çumakova, Flipp Krikorova və nəhayət blogger Hüseynə yaltaqlanan kütlə...

Bayaqdan blogger Hüseynin Bakıya gəlişini qarşılayan izdihama baxıram. Həm utanıram, həm əsəbləşirəm.Anlaya bilmirəm, bizdə niyə bu qədər ucuz, özünə hörmət qoymayan, düşük insan varmış?

Sonra xatırlayıram, bir-iki il əvvəl ki, "Jara" festivalını, 2018-ci il iyulun 26-da erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyan şəhidlərimizin ruhuna hörmətsiz edilərək Bakıda konserti təşkil olundu. Bu azmış kimi Zara Fəxri Xiyabanı da ziyarət etdi. O Zara ki, erməni ordusuna maddi və mənəvi dəstək verən, uydurma erməni soyqırımını təbliğ edən müğənnilərdəndir. O Yerevanda 1915-ci il hadisələrinin 100-cü ildönümünə həsr olunmuş tədbirdə də iştirak edib, erməni dilində “Mənim Ermənistanım”mahnısını oxuyub.

Həmin “Jara” festivalında  tanınmış estrada müğənnisi, erməniəsilli Aleksey Çumakovda 2-ci dəfə iştirak etdi. (Çumakovun anası Liliya Avanesyan Azərbaycanda Dağlıq Qarabağda anadan olub)

Atası qatı millətçi olan Filip Krikorovun konsertləri düzənlənmədimi paytaxtımızda? Halbuki onun atası Bedros Kirkoryan diasporla birlikdə Qarabağ üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) təzəcə pul hədiyyə etmişdi və həmişə bu aksiyanı davam etdirib.

Çox misal çəkə bilərəm... Amma deməsəm olmaz... Hələ 1999-cu illərdə rəsmi məlumatlarda bildirildi ki, Azərbaycanda 30 min erməni yaşayır. Amma cəmi 2-3 ildən sonra məlum oldu ki, bu 30 min yox 120 mindir. Ümid edirəm ki, Zaranın, Alekseyin, Flippin konsertini anşlaqla kecməsinə yardımcı olan minlərlə dinləyicilər həmin o erməniəsilli vətəndaşlarımızdır.

Bu gün "Park Bulvar"da blogger Hüseyn Həsənovla görüşə gedib orda izdiham yaradanlar da həmin 120 min vətəndaşımız və onlardan əmələ gələnlər olduğuna əminəm.

Hüseynə ilginin səbəblərini isə açıqlamasaq olmaz: Blogger ilk dəfə 2018-də Bakıya gələndə də “28 Mall”da eyni biabırçılıq baş vermişdi...Onda Hüseyn təsadüfən qarşısına çıxan universitet tələbəsinə "Iphone 12" markalı telefon, limon satan balaca Əliyə 25 min manat hədiyyə etmişdi. O kütlə əvvəldən də bilirdi ki, Hüseyn “səxavətli”dir, taksi şoferinə “Nissan”, İnstaqram izləyicisinə “Ferrari” bağışlamışdı.O, hətta bloger Vadim Boqaçın ad gününündə ona 50 min dollar hədiyyə verdi.

Elə bilirəm o izdihamı yaradanlar ora nəsə qazanmaq üçün gediblər...

O izdihamın izahı “pərəstikar ordusu ” deyil, sırf “Qürürsuzluq” sindiromu, “acgözlük” xəstəliyidir...

TƏQVİM / ARXİV