"Özlərinə omac ova bilmirlər..."  - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1227 | 2023-10-26 13:33

Lavrov  təcili atəşin dayandırılmasına çağırdı

 "Avroasiya təhlükəsizliyi" beynəlxalq konfransında çıxışı zamanı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fələstin-İsrail münaqişəsi tərəflərini təcili atəşi dayandırmağa çağırıb.

"Rusiya, terror aktlarını qınamaqla yanaşı və digər beynəlxalq humanitar hüquqları və mülki əhaliyə zırər verən hərəkətlərə son qoyulması üçün təcili olaraq atəşin dayandırılmasına çağırır"-deyə rusiyalı diplomat bəyan edib.

Lavrov, həmçinin danışıülar masasına əyləşməyi və 75 il bundan  əvvəl söz verilmiş müstəqil Fələstin dövlətinin yaradılmaslnı təklif edib. 

Görəsən cənab Lavrov bu ağıllı məsləhətlərini illərdi Ukraynanın ərazilərini işğal edib, hazırda da Ukraynada iki ilə yaxındı qanlı müharibə aparan prezidrnti Vladimir Putinə niyə etmir. Yoxsa Rusiyanın Ukrayna ərazilərində törədiyi əmməllər beynəlxalq humanitar hüquq  qaydalarını pozmur və ya yerli əhaliyə zərər vetmir?

Dünya ictimayyəti və beynəlxalq qurumlar illərdi Rusiyaya atəşi datandırmağı, qoşunlarını Ukrayna torpaqlarından çıxarmağı tələb edir, lakin Lavrovun təmsil etdiyi Rusiya bütün bunları qulaq ardına vurur.

Ataların sözü olmasın, "özünə omac ova bilməyənin, başqasına əriştə kəsməsi" nə dərəcədə düz hesab oluna bilər?

 

TƏQVİM / ARXİV