adalet.az header logo
  • Bakı -°C

Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutuldu - FOTO

54 | 2026-09-09 17:51
A- A+

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub.

Adalet.az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb. Barelyef satıldığı yerdə aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, hadisə İkinci Fəxri xiyabanda qeydə alınıb.

Nəcəf Nəcəfov 80-90-cı illərdə “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin redaktoru, milli azadlıq hərəkatının liderlərindən biri olub. Əbülfəz Elçibəy hökumətində Prezidentin müşaviri postunu tutub. 1999-cu ildə vəfat edib.

  • Sentyabr:
  • 4

TƏQVİM / ARXİV