Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

228 | 2025-09-17 14:54

Naxçıvan şəhərində 5 yaşlı uşaq eyvandan yıxılıb.

Adalet.az xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.

Belə ki, beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Rzayeva Xədicə Heydər qızı ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

TƏQVİM / ARXİV