NATO-nun alyansın şərq cinahında təhlükəsizliyi gücləndirmək məqsədi daşıyan "Şərq gözətçisi" əməliyyatı başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə NATO-nun "X" sosial şəbəkəsindəki hesabında məlumat yer alıb.
"Hərbi əməliyyat hava məkanının pozulmasına cavab olaraq başlayıb və NATO-nun şərq cinahda mövqelərini gücləndirmək məqsədi daşıyır. Müttəfiqlər artıq qoşun və imkanlarını yerləşdirməyə başlayıblar", - paylaşımda deyilir.
Xatırladaq ki, daha əvvəl NATO-nun Baş katibi Mark Rutte əməliyyatın yaxın günlərdə başlayacağını bildirmişdi. Qərar Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanını pozması ilə bağlı insidentdən sonra verilib. Əməliyyatda alyansa üzv bir sıra dövlətlər, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya və Almaniya iştirak edir.
Yazarın digər yazarlar

Kadırov qızının siyasətdən getməsindən danışdı

Rusiyada xarici casus TUTULDU

Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb

Bakı HƏRƏKƏTƏ KEÇDİ: Azərbaycanın gizli bağlama siyasətində NƏLƏR VAR? – Səxavət Məmməd yazır

MƏHKƏMƏ: 1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlər tədqiq edildi

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTOLAR

Xalq artisti Hacı Murad Yegizarovun nəşi sabah Azərbaycana gətiriləcək
