
“34 il öncə 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizi elan edib. Amma müstəqillik əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
"Təəssüf ki, yeni yaradılmış dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində çoxlu səhvlərə yol verilmişdi. Ermənistanın silhalı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərlə soydaşlarımızın yurdlarını tərk etməsi ciddi problem yaratmışdı. İqtisadiyyat dağılırdı, anarxaiya və özbaşınalıq genişlənirdi. Daxili mübarizəyə başı qarışan səriştəsiz iqtidar dövlətiçiliyimizi müdafiə etməyə qadir deyildi, ölkəmiz vətəndaş müharibəsinin astanasında idi. Məhz bu dönəmdə xalqımız üzünü ümumilli liderinə tutdu. 1993-cü ilin iyun ayında dünyamiqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizin dönüş nöqtəsi oldu”, - deyə spiker bildirib.