adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

MÜALİCƏYƏ EHTİYACI OLAN SƏHİYYƏMİZ

FƏRİDƏ RƏHİMLİ
73235 | 2017-08-18 15:48

Ağır vəziyyətdəolan xəstə tibb ocağına gətirilir. Həyəcanlı olan xəstə sahibləri soruşur:

- Salam, baş həkimburdadı?

Xəstəxananın qapıçısı:

- Baş həkim İranamüalicəyə gedib, iki həftəyə gələr...

Bu, sadəcə lətifə deyil, çox acı bir həqiqətdir.

Dəfələrlə bu mövzuya müraciət etməyimin səbəbi, əksəriyyətinbugünkü halına aid olan bir məsələdir. Başqa zəruri ehtiyaclarından kəsib, qazancınıdərmanlara xərcləyən milyonlarla insanımız var. Və nə yazıq ki, bu xərclər öz ölkəmizdə- nisbətən ucuz başa gəlməli olduğu halda xaricə üz tutmağa məcburuq. Tez-tez eşitdiyimizxəbərlərdə məşhurlardan müalicə üçün dövlətin dəstəyi ilə Almaniyaya, Türkiyəyə,Rusiyaya və sair ölkələrə göndərilməsi haqda eşidirik. Amma məşhur olmayan milyonlarlaxəstələr var və hər il Tibb Universitetinə yüzlərlə tələbə qəbul olunmasına, yüzlərləklinikaların, poliklinikaların, xəstəxanaların yüksək keyfiyyətlə tikilən binalarıistifadəyə verilsə də, ən yeni "dünya standartlarına cavab verən" tibbiavadanlıqlar ölkəyə gətirilsə də, hər addımda apteklər fəaliyyət göstərsə də xaricəaxışan xəstələrin sayı azalmır ki, azalmır.

Bu, o demək deyil ki, bizdə heç savadlı doktorlar yoxdu.Amma əksər savadsız, lakin "reklamı güclü olan doktorlar" var ki, o yaxşılıarınqarşısını Çin səddi kimi kəsirlər və öz səriştəsiz üslubları ilə pasiyentlərdə əslhəkimlərimizə olacaq inamı məhv edirlər. Xəstə həkiminə inanmadısa, dərmanlarıntəsiri yarıbayarı azalır sanki. Güvən də ki, ruh kimidi, bir dəfə bədəndən çıxdısa,bir daha geri gəlməz.

Ölkədə bir neçə klinikaya müraciət etsən, ikinci həkimmütləq birincinin doğru resept yazmadığını söyləyəcək. Çoxlarınızın bunun şahidiolduğuna əminəm. Amma, ağrılarının azalmadğını görüb üçüncü həkimə müraciət etsən,o da aldığın müalicənin doğru olmadığını söyləyəcək. Beləliklə, həkimlərin əlindəoyuncağa dönürsən. Bilmirsən kimə inanasan. Hansısa imkanlının həkim görmək istədiyibalası təhsil aldığı zaman yadında qalan, yaxud dəftərində qeyd elədiyi yeganə birmüalicə üsulunu hər kəsə tətbiq edir, yaxud xəstələrdən təcrübə siçovulu kimi istifadəedərək - "tutar qatıq, tutmaz ayran" prinsipi ilə hərəkət edir, savadı,biliyi, təcrübəsi imkan verdiyi halda kənarda qalanlar isə onların oduna yanır- Azərbaycanda savadlı həkim yoxdu - yəqinliyi yaradırlar.

Problem yalnız bununla bitmir. Ölkəyə gətirilən ən müasirapparatdan anlayan mütəxəssis də kifayət qədər deyil. İnsanların bir az inandığımütəxəssisin kabineti qarşısında uzun növbə yaranır, o biri kabinetlərdə isə bekaroturub gözləyirlər...

Ən ağrılısı isə odur ki, bu qədər əhalinin xaricə axını,ölkədəki tibb sahəsindəki çatışmazlıqlar - qəbul zamanı qiymətlərin həddini aşması,analizlər üçün tələb olunan qiymətlər, dərmanların kəllə-çarxda olan həddi və yeməyindənkəsib verdiyin pulların səni sağaltmaq əvəzinə səhvən sənə "yedirilən"torbalarla dərmanların başqa xəstəliklərə də yol açması sanki heç kimi narahat etmir.Bunun əsas səbəbi o ola bilər ki, imkanlılar, vəzifəlilər, səlahiyyət sahibləriburadakı həkimlərin savadına bələddirlər və onlara ehtiyacları yoxdur, çünki onlarxarici ölkələrin ən yaxşı klinikalarında müalicə olunurlar. Əsasən də Səhiyyə Nazirliyininrəhbər işçilərinin xaricə müalicəyə getmələri özü özlüyündə Azərbaycanda tibbinzəif olduğuna sübutdur.

Azərbaycanda hər il xəstələrin sayı artır. Xərçəngin, şəkərlidiabetin, hepatitin, hipertoniyanın cavanlaşması, anemiyanın artması hallarını tibbitəhsili olmayanlar da gündəlik həyatda görə bilirlər. Dövlət Statistika Komitəsininəhalinin xəstələnməsi ilə bağlı yaydığı məlumatlara əsasən, vətəndaşlar ən çox tənəffüsorqanlarının xəstəliklərindən, həzm sisteminin xəstəliklərindən, qan dövranı sistemininxəstəliklərindən, bəzi infeksion və parazitar xəstəliklərdən, travmalar, zəhərlənmələrvə xarici səbəblərin təsirinin bəzi digər nəticələri, sinir sistemi xəstəliklərindən,endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqlarındən,qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizminin prosesə cəlb olunmasıilə gedən ayrı-ayrı pozğunluqlar səbəbi ilə xəstəxanalara müraciət ediblər.

Azərbaycanda düzgün analiz aparan laboratoriyalar var.Belə bir şeyə rast gəlmişəm ki, burada müəyyən xəstəxanalarda analizlər çıxarılıbvə bununla bərabər Türkiyənin məşhur klinikalarına gediblər. Analizlərin göstəriciləriilə eyni olub. Mən deyə bilmərəm ki, bütün laboratoriyalar pis gündədir. Onda gərəksağalma heç olmasın. Hamı ucdantutma xəstə olsun. Sadəcə düzgün qurulmayan şeylərvar.

Analizlərin qiymətinin baha olmasına gəlincə isə, SəhiyyəNazirliyindən mətbuata verilən açıqlamaya görə, bazar iqtisadiyyatı şəraitində qiymətlərənəzarət onların səlahiyyətində deyil: "Bu prosesə nəzarət nazirliyin səlahiyyətinəaid deyil. Bununla İqtisadi İnkişaf Nazirliyi və digər maliyyə qurumları məşğulolur. Səhiyyə Nazirliyi isə həmin klinikaların dövlət standartlarına uyğun tibbixidmət göstərib-göstərmədiyinə nəzarət edir. Bu sahədə hər hansı bir problem olarsavə bu problem həmin klinikanın fəaliyyətindən qaynaqlanarsa, müvafiq tədbirlər görülür.Burada həm cəza, həm də cərimə tətbiq oluna bilər".

Kasıb rayonəhalisi göndərişlə yalnız akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasınamüraciət edə bilir. Orada müayinə və müalicələrin dövlət hesabına aparılması lazımdır,amma bunun üçün lazım olan tibbi avadanlıqlar, dərman preparatları dövlət tərəfindənxəstəxanaya köçürülürmü? Yox!!! Əgər belə deyilsə, onda nədən Dövlət Xəstəxanasıadlanır? Səhiyyə Nazirliyi bu barədə açıqlama verə bilərmi?

Hər şeydən əvvəl o dərmanı bizə məsləhət görən həkimlərinsavadını yoxlamaq, tibb bacılarının, laborantların, apparatlarda çalışan mütəxəssislərintəcrübəsinə inanmaq lazımdı ki, o dərmanları da qorxusuz, ürək rahatlığı ilə qəbuledə biləsən. Xəstəlikdən qurtulmaq üçün dərman içirsən, o dərmanın zəhərlənməsindənnecə qurtulaq, yenə dərman içməkləmi?

Müalicə üçün növbəti dəfə xaricə üz tutmalı olacam. Bu,nə cibimə uyğundur, nə işimdəki imkanıma. Amma yaşadığım zaman kəsiyində sağlamolmaq istəyirəm və buna məcburam. Paytaxtdakı ən "adlı-sanlı" həkimlərinmüayinəsindən çaş-baş qaldım. Eyni ixtisas sahibləri başqa-başqa müalicə üsullarıtəklif etdilər. "Ən məşhur loğman" isə baxan kimi "Kəsmək lazımdı.Sabah hazır gəlin, əməliyyat edək" dedi (Görünür çox ehtiyacı varmış, yaxudda borcu...). Özü də bu kəsmək elə kəsməkdi ki... Bu qədər komik hala kim gətirdihəkimlərimizi?...

Səhiyyəmizin nə vaxtsa elə bir durumu olacaqmı ki, bizrahatca özümüzü həkimlərimizin əllərinə etibar edə bilək?!. Qədimdən ən dəyərlimüalicə üsullarına malik olan Şərq təbabətinin əsas ocağı, hər otu, çiçəyi canadərman olan Azərbaycanın bugünkü səhiyyəsi haqda xarici ölkə həkimlərindən həqarəteşitməyi normal qəbul edə bilmirəm. Azərbaycanda da həkimlərimiz var, çoxdu, ammaonları üzə çıxarmaq, xalqa təqdim etmək lazımdı. Səlahiyyətlilər, bir az şəxsi ambisiyalarınızdanuzaqlaşıb, xalqı da düşünün. Çünki sağlamlıq hər şey olmasa da, o olmayanda hərşey heç nədir. Sağlam bədəndə də sağlam ruh olur, deyirlər. Sağlam bədənli və sağlamruhlu insanlar isə sağlam cəmiyyətin qarantisidir.


TƏQVİM / ARXİV