
Möminə Xatun məqbərəsi Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biridir və “şeyx-ül-mühəndis” (mühəndislərin başçısı) Memar Əcəminin şah əsəridir.
Mənbələrdə deyilir ki, türbənin hündürlüyü vaxtilə təqribən 35 metrə qədər olub, amma zəmanəmizədək gəlib çatan hissəsi 26 metrdir.
Məlumdur ki, Möminə Xatun türbəsi ilə bağlı sanballı əsərlər yazmış bir sıra görkəmli müəlliflər araşdırmalar aparıb və sübut ediblər ki, türbənin bizə məlum olan ilk rəsmi XIX əsrin əvvəllərində məşhur İsveçrə səyyahı, arxeoloqu və tarixçisi Dyubua de Monpere tərəfindən çəkilib.
Bildiyiniz kimi bu unikal binanın tikilməsi tarixi hicri 582 (miladi 1186-cı) il göstərilir. Həmçinin Möminə Xatun türbəsi “Naxçıvan Məqbərələri” tərkibində 30 sentyabr 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib.
Bu gün Prezident İlham Əliyev “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
Sərəncam təbii ki, tarixinə sayğlıl olan hər kəsi sevindirdi. Elə bu sərəncamdan sonra digər arzularımızın da çin çıxacağına ümidimiz artır.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin bir məqaləsini sizinlə bölüşürəm:"
Möminə Xatun türbəsinin yeraltı sərdabəsinə girişin qərbdən olması doğrudur. Hətta məxəzlərdə yazılıb ki, türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. 1830-cu ildə çəkilmiş litoqrafik şəklində türbənin yeraltı sərdabəyə giriş qapısı şərqdən deyil (indiki yerdə). Türbənin günbəz hissəsi boşqab formasındadır. 1905-ci ilə aid şəkildə isə artıq belə deyil. Müəyyən qədər dağıdılmış formadadır. Orada saxlanılan kitablar, sənədlər hökmən Atabəylərə aid olub. Həmin ekspedisiyanın hesabatları, yəqin ki, haradasa saxlanılır və bu haqda məlumatlar var. Çox güman ki, bu arxiv-kitabxana Atabəylərə aid imiş. Rusiyada belə qədim kitabları, risalələri, əsasən, Sankt-Peterburqakı Saltıkov-Şedrin adına kütləvi kitabxanasının xüsusi fondlarında saxlayırlar. Məşhur Ərdəbil və Axalsıx paşalığının mənimsənilib aparılmış kitabxanası da burada saxlanılır. Araşdırmalar göstərdi ki, məzarlar 1957-ci ildə qazılıb və deyilənə görə, sümüklər Sankt-Peterburqdakı Böyük Pyotr adına (sabiq kunstkamera) Antropologiya və Etnoqrafiya Muzeyinə aparılıb. Məzarların 1957-ci ildə açılması haqqında məlumatı bizə kinorejissor Tahir Əliyev vermişdi. O bu məqbərə haqqında sənədli film də çəkib".
Bir gün yad muzeyləri bəzəyən, tariximizin dərin qatlarına aid materialların geri qaytarılacağına ümidimiz artır.
Əntiqə Rəşid
Yazarın digər yazarlar

Hindistan bizi İsrail silahları ilə vurdu - Şahbaz Şərif

Pezeşkian ürək əməliyyatı keçirdi

“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” - VİDEO

"Bakıda İƏT-ə üzv dövlətlərin anti-korrupsiya qurumlarının görüşü olacaq" - Heydər Məmmədov

"Sualı cavablamaq üçün savadım yoxdur" - "Şərurlu İsfəndiyar" ifadə verdi

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası” təsdiqləndi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə bağlı yeni qərar
