adalet.az header logo
  • Bakı -°C

MM-in yaz sessiyasının ilk komitə iclası başlayır

103 | 2026-01-12 10:22
A- A+

Milli Məclisin 2026-cı il yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək.

Adalet.az xəbər verir ki, parlamentin yaz sessiyası Regional məsələlər komitəsinin iclası ilə başlayacaq.

Komitə iclasının gündəliyinə 2025-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.

Xatırladaq ki, Milli Məclisin deputatlarının tətil müddəti yanvarın 15-də başa çatacaq.

Parlamentin Daxili Nizamnamənin birinci maddəsinə (Milli Məclisin fəaliyyətinin əsasları) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Bu dövrdə deputatlar məzuniyyətdə sayılırlar.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Cari il fevralın 1-i bazar gününə təsadüf etdiyindən parlamentin yaz sessiyası ayın 2-dən başlayacaq.

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV