Millətlər Liqasında yarımfinal həyəcanı - Almaniya Portuqaliya ilə üz-üzə

291 | 2025-06-04 09:46

Bu gün UEFA Millətlər Liqasında "dördlər finalı"na start veriləcək.

Adalet.az xəbər verir ki, ilk yarımfinal matçında Almaniya və Portuqaliya milliləri üz-üzə gələcək.

Münhen şəhərindəki "Alyans Arena"da təşkil olunacaq görüşü sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək.

Millətlər Liqasının digər yarımfinal matçında İspaniya və Fransa yığmaları iyunun 5-də üz-üzə gələcəklər. İngiltərəli referi Maykl Oliverin idarə edəcəyi qarşılaşma Ştutqart şəhərindəki "MHP Arena"da oynanılacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşlərin qalibləri finala yüksələcəklər. Məğlub komandalar isə 3-cü yer uğrunda oyuna çıxacaqlar.

İyunun 8-də saat 16:00-da "MHP Arena"da bürünc medal matçı start götürəcək. Millətlər Liqasının qalibini müəyyənləşdirəcək görüş isə "Alyans Arena"da saat 23:00-da başlanacaq.

TƏQVİM / ARXİV