adalet.az header logo
  • Bakı -°C

Məktəbə silahlı hücum: yaralılar var - Türkiyədə

136 | 2026-04-14 11:55
A- A+

Türkiyədə məktəbə girən silahlı şəxs ətrafa atəş açıb.

Adalet.az-ın NTV-yə istinadən xəbərinə görə, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb.

Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.

Hadisədən sonra əraziyə çoxsaylı tibb işçiləri və xüsusi polis qüvvələri cəlb edilib.

Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.

Liseydəki şagirdlərin böyük əksəriyyətinin təxliyə olduğu qeyd olunub.

Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

TƏQVİM / ARXİV