Mayın 28-də Ermənistanın son illərdə əldə etdiyi hərbi texnika İrəvanın Respublika meydanında nümayiş olunacaq.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra brifinqdə deyib.
“Qərar qətidir. 28 may - Respublika Günündə İrəvandakı Respublika meydanında hərbi paraddan daha çox Ermənistan vətəndaşlarına hesabat veriləcək. Demək istəyirəm ki, biz bu məsələ üzərində işləyirik və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq edirik. Hərbi parad ümumiyyətlə çox incə bir məsələdir və bu, sülh gündəliyindən geri çəkilmə, ondan imtina təəssüratı yarada bilər. Biz beynəlxalq birlikdəki tərəfdaşlarımızla, o cümlədən region ölkələri ilə birlikdə çalışırıq və işləməyə davam edəcəyik ki, onların bunu heç bir şəkildə sülh gündəliyindən imtina kimi qəbul etməmələrini təmin edək”, - Paşinyan bildirib.


Bakı -°C
